Qeydiyyat

Zeytunun sağlamlıq üçün faydaları

396


Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə dadlı yağ verir. Zeytunun faydaları nələrdir? Zeytunla yağlı zeytunun fərqi nədir?

Əslində zeytunla yağlı zeytun eyni meyvədir, sadəcə dərilmə vaxtı fərqlidir.

Uzunömürlü olan bir zeytun ağacından 15-50 kq-a qədər məhsul əldə etmək olar. 1 litr zeytun yağı isə 5 kilo zeytundan alınır.

Çiy zeytunun dadı acıdır, buna görə də onları müxtəlif üsullarla marinadlaşdırırlar və sonradan süfrəyə təqdi edirlər. Yağ əldə etmək və zeytun şorabası qoymaq sadə iş deyil, uzunmüddətli və əziyyətli işdir. Bu səbəbdən də bu məhsulların qiyməti o qədər də ucuz deyil.

Zeytun yağından istifadə etmək qanı təmizləyir, immuniteti artırır, damarlar və ürək daha möhkəm və dözümlü olur. Zeytun yağı həzmə və dərinin vəziyyətinə də müsbət təsir edir.

Zeytun ağacının meyvələri də çox faydalıdır. Onun tərkibi vitamin və minerallarla zəngindir: zülallar, C, E və B vitaminləri, pektin, fosfor, kalimum və dəmir var. Yadda saxlamaq lazımdır ki, konservləşdirilmiş və duza qoyulmuş zeytunu çox qəbul etmək olmaz.

Pektinlər orqanizmə toksinlərdən azad olmağa kömək edir. Bu səbəbdən ekoloji cəhətdən təmiz olmayan bütün regionlarda yaşayan insanlara faydalıdır. Zülalın faydası barədə çox yazılıb, bu, əzələ üçün çox faydalıdır.

Zeytunun tərkibində olan vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, eyni zamanda sağlam gümrahlıq verir, enerji əlavə edir. Zeytunun tərkibində olan C və E vitaminləri antioksidant sayılır, onkoloji xəstəliklərə qarşı profilaktik vasitə kimi istifadə edilir.

Zeytunun tərkibində olan minerallar isə ürək və damarlara tonusda olmağa kömək edir, eyni zamanda qanın tərkibində hemoqlabinin miqdarını artırır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: