Qeydiyyat

Cana faydalı balqabaq sıyığı – ASAN RESEPT

436


Balqabağı sevməmək ən böyük ağılsızlıqdır. Çünki bu ucuz, günəş kimi parlaq, şirin qida insanın mədəaltı vəzisindən tutmuş bağırsaqlarına kimi faydalıdır.

Uşaqdan böyüyə hər kəs üçün faydalı olan, qışın vazkeçilməz neməti balqabaqdan asan sıyıq hazırlanmasını təqdim edir. Bu sıyığı istər səhər, istər axşam yeyə bilərsiz.

Ərzaqlar:

Balqabaq - 500 qr

Buğda - 1 stəkan

Süd - 2 stəkan

Kərə yağı - 2 x.q

duz - zövqə hörə

qaynar su

Hazırlanması:

Süd qaynadılır, bura balqabağın təmizlənmiş ləti kvadrat doğranılıb qatılır və 20 dəqiqə yumşalana kimi bişirilir. Təmiz buğdanı qaynar suda bir az saxlayın ki, acılığı getsin.

Qazandakı süddə balqabaq bir az yumşalan kimi suyu süzülmüş buğdanı da əlavə edib, tam bişənə kimi odda saxlayın. Arada taxta qaşıqla qarışdırın.

Hazır olmağa 3 dəqiqə qalmış, ocaqdan götürməzdən öncə kərə yağı və duzu qatın.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: