Qeydiyyat

Qış kosmetik maskaları - Üzümüzü təravətli edək!

430


Qışda bizim üz dərimiz olduqca çox "əziyyət çəkir" - çöldə soyuq, nəm hava, soyuq külək, evdə kondisioner və isitmə sistemləri havanı çox quru və isti edir.

Digər tərəfdən qışda orqanizm vitaminlərin çatışmazlığından da əziyyət çəkir. Bu isə, təbii ki, dərinin vəziyyətinə mənfi təsir edir.

Bütün bunların nəticəsində dəri quruyur, qabıq verir, dəqidə qızartı, ləkələr, qırışlar əmələ gəlir və s.

Bu problemləri həll etmək üçün müasir kosmetoloji sənaye müxtəlif kremlər, maskalar və s. vasitələr təqdim edir. Lakin ev şəraitində də çox effektli qidalandırıcı və nəmləndirici maskaları hazırlamaq olar.

- 2 xörək qaşığı xama, 1/2 limonun şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı 15 dəqiqə ərzində saxlayın, sonra ilıq su ilə yuyun və gündəlik istifadə etdiyiniz krem çəkin.

- Avokado meyvəsinin əti bir qədər çəngəllə əzin, üzərinə 1/2 çay zeytun yağı əlavə edin və yaxşı qarışdırın. Maskanı təmiz üz dərisinə çəkin, 15 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun. Avokado meyvəsi dərimiz üçün ən faydalı məhsullardan biridir. Avokadoda olan faydalı maddələr dərimizi cavanlaşdırır, nəmləndirir və qidalandırır, daha hamar və elastik edir.

- 2 xörək qaşığı yulaf yarmasını ("herkules") üyüdün, üzərinə 1 yumurta sarısı və 1 çay qaşığı təbii bal əlavə edin və yaxşı qarışdırın. Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun. Dəri çox zərif və hamar olacaq.

- 1/2 banan blenderdə əzilir, üzərinə 1 xörək qaşığı qaymaq (və ya xama) və 1 çay qaşığı ərik yağı (apteklərdə və supermarketlərdə satılır) əlavə olunur və yaxşı qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyub gündəlik istifadə etdiyiniz krem çəkin. Maska dərini yumşaldır, qidalandırır, daha təravətli edir.

- 1 tikə balqabaq blenderdə əzilir, üzərinə 1 xörək qaşığı xama və 1 çay qaşığı portağal şirəsi əlavə olunur və yaxşı qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun. Maska cavanlaşdırır, nəmləndirir, qidalandırır.

Qışda saçlarımızın da vəziyyəti pisləşir. Saçları daha canlı və parlaq etmək üçün həftədə 1 dəfə olmaqla bu kimi maskalardan istifadə edin:

- 1 yumurta ("kənd" yumurtası) , 1 xörək qaşığı ayıpəncəsi yağı (apteklərdə satılır - "репейное масло"), 1 xörək qaşığı qatıq. Yumurtanı yaxşı çalın, sonra qalan komponentləri əlavə edin və yaxşı qarışdırın. Maska ilıq halda saçların köklərinə massaj hərəkətləri ilə çəkilir və 30 dəqiqədən sonra saçlar şampunla yaxşı yuyulur.

- 2 xörək qaşığı gənəgərçək yağı, 1 dənə banan (blenderdə yaxşı əzin), 1/2 limon şirəsi yaxşı qarışdırılır və bütün saçlara massaj hərəkətləri ilə çəkilir. Maskanı 40 dəqiqə saxlayın və sonra şampunla yuyun.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: