Qeydiyyat

Bütün bəşər onu gözləyir

442


Həzrət İmam Zamanın (ə) intizar xəbəri təkcə müsəlmanlara aid xəbər deyildir. Müsəlman olmayan bir çox xalq İmamın (ə.f) gələcəyinə inanır və onun intizarını çəkir.

1. Brahmanlar. Məhdəviyyat mövzusu elə mövzulardandır ki, təkcə müsəlmanlara aid deyildir, az qala bütün dini əqidələrdə bu mövzu mövcuddur. Əgər başqa dinlərin tarixinə nəzər salsaq görərik ki, hələ qədim zamanlardan bəri bu məsələ ilə maraqlanmış və ona diqqət etmişdilər.

Brahmanlar bu əqidədirlər ki, axəril-zamanda Vişnu zühur edəcəkdir və o, ağ ata minəcək və əlində atəşdən qılıncı olacaqdır. Vişnu brahmanlarla ilə müxalif olanları öldürəcək və dünyanı səadətə bürüyəcəkdir.

2. İngilislər. İngiltərə sakinləri hələ qədim zamanlardan bəri Arturun intizarını çəkirlər. Onlar deyir: o, bir gün zahir olacaq və Sakson millətini dünyada qalib edəcəkdir və səadəti onlara nəsib edəcəkdir.

3. Germanlar. Germanlar bu əqidədirlər ki, onların tayifasından bir nəfər qiyam edəcəkdir və germanları dünyaya hakim edəcəkdir.

4. Xristianlar. Xristianlar bu əqidədirlər ki, İsa Məsih (ə) onların xilasçısıdır. Bundan başqa böyük bir xilasedənin də haqqında xəbərlər vardır ki, onun yolunu gözləyirlər.

5. Yəhudilər. Yəhudilər bu əqidədirlər ki, axəril-zamanda Maşiah gələcək və padşahlıq edəcəkdir.

6. Slavyanlar. Slavyanlar bu əqidədədirlər ki, dünyanın şərqindən bir nəfər zühur edəcək və bütün slavyanları birləşdirəcəkdir.

7. Qədim iranlılar. Qədim İran tarixində oxuyuruq ki, İranın pəhləvanı olan Gərzaspə diridir və yatmışdır. Onu yüz min mələk qoruyur. Bir gün yuxudan ayılıb qiyam edəcəkdir.

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Məndən sonrakı İmamlar on iki nəfərdirlər. Onların birincisi Əli ibni Əbitalibdir (ə) və sonuncusu Həzrət Xatəmil-Övsiyadır ki, onlar mənim canişinim və mənim ümmətimə hüccətdirlər. Hər kim onların imamətliyini etiraf edər - mömindir. Hər kim onları inkar edər - kafirdir".

Bu deyilənlərdən sonra bu nəticəyə gəlmək olur ki, müsəlmanın vəzifəsi həqiqi xilasedicini dünyaya tanıtmaq və onun buyurduqlarını bəşərin qulağına çatdırmaqdır.

Bəli, bu gün bəşərin bu xilasediciyə ehtiyacı vardır və biz müsəlmanlar gərək onu dünyaya tanıdaq ki, kimin intizarında olduqlarını hamı bilsin. Dünya gərək onun gəlişinə hazır olsun ki, zühuru baş versin. Zalımların hakimiyyətini devirib, ədaləti bərqərar etsin.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: