Qeydiyyat

Saçların tökülməsini azaldan OT DƏMLƏMƏLƏRİ

420


Müalicəvi bitkilər ta qədimdən saçların keyfiyyətini yaxşılaşdırmaq, möhkəmləndirmək və saçların tökülməsini azaltmaq üçün uğurla istifadə olunur.

Belə reseptlərin bəzilərini sizə təqdim edirik.

- 2 xörək qaşığı dazıotunun üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmlədikdən sonra süzün və saçlarınızı yaxşı yuduqdan və yaxaladıqdan sonra bu dəmləmə ilə yaxalayın. Daha sonra su ilə yaxalamaq lazım deyil.

- Şam ağacının tumurcuğu, budağı və qabığından 5 xörək qaşığı götürərək üzərinə 2 litr qaynar su töküb 15 dəqiqə ərzində qapağı bağlı qazanda qaynatmaq lazımdır. 30 dəqiqə dəmlədikdən sonra dəmləməni süzün və təmiz saçlarınızı bu dəmləmə ilə yaxalayın.

- 2 xörək qaşığı gicitkənın üzərinə 2 stəkan qaynar su töküb 20 dəqiqə ərzində dəmləyin və süzün. Daha sonra təmiz saçları bu dəmləmə ilə yaxalayın.

- 2 nar meyvəsinin qabığını yaxşı yuyun və üzərinə 1 litr qaynar su töküb 10 dəqiqə ərzində vam odda qapağı bağlı qazanda qaynatdıqdan sonra süzün. Saçları yaxşı yuduqdan sonra onları sonuncu dəfə yaxalamaq üçün bu dəmləmədən istifadə edin.


- 3 xörək qaşığı pıtraq və 3 xörək qaşığı gicitkən götürüb üzərinə 1 litr qaynar su əlavə edərək 20 dəqiqə ərzində dəmləmək lazımdır. Saçları yuduqdan sonra alınan dəmləmə ilə yaxalayın.

- 2 xörək qaşığı doğranmış pıtraq kökünün üzərinə ½ litr qaynar su töküb 15 dəqiqə ərzində bağlı qazanda vam odda qaynatmaq lazımdır. Alınan dəmləmənin üzərinə 2 çay qaşığı şüyüd toxumu əlavə edin və 2-3 saat saxladıqdan sonra süzün. Bu dəmləməni saçları son dəfə yaxalamaq üçün hazırlanmış suya əlavə edin.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: