Qeydiyyat

Heyvanın müalicəvi xüsusiyyətləri. FAYDALI RESEPTLƏR

457


Heyva müxtəlif və çox dadlı kompotların, mürəbbələrin, cemlərin hazırlanmasında geniş istifadə olunur. Həmçinin heyva çox faydalı müalicəvi məhsuldur.

Heyvanın tərkibində bir çox faydalı maddələr var - pektinlər, orqanik turşular, efir yağları, dəmir, mis, B qrupu, C vitaminləri, A provitamini (orqanizmdə A vitamininə çevrilir).

- Heyva təbii sakitləşdirici məhsuldur. Stress, gərginlik zamanı heyva kompotu və ya heyva şirəsi (yarıbayarı alma, kök şirəsi ilə qarışdırın) çox yaxşı kömək edə bilər.

- Heyva bağırsaqları yaxşı "yığır" və bu səbəbdən bağırsaq infeksiyaları, ishal zamanı çox yaxşı kömək edir. Heyvadan belə dəmləmə hazırlamaq olar - 1 orta ölçüdə heyvanı yaxşı yuyun, təmizləyin, blenderdən keçirin. Kütləni kiçik termosa töküb üzərinə 1 stəkan qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində için.

- Belə dəmləmə həmçinin damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Bu dəmləməni xroniki tonzillit (angina) zamanı müalicəvi vasitə kimi istifadə etmək olar (kəskinləşmə dövründə yox!). Bu dəmləmə ilə boğazınızı qarqara edin.

- Heyva dəmləməsi babasil zamanı da islatmalar şəklinə istifadə oluna bilər. Pambıq parçanı bu dəmləmədə isladın və babasil düyünlərinin üzərinə qoyun.

- Heyva virus və iltihabəleyhinə təsirə malikdir. Soyuqdəymə və qripp zamanı heyvadan müalicəvi çay hazırlamaq olar. Orta ölçüdə olan heyvanı xırda doğrayın və üzərinə 1 stəkan qaynar su əlavə edib termosda 1 saat ərzində dəmləyin. Daha sonra çayı süzün, bıcağın ucunda darçın və zəncəfil tozu və 1 çay qaşığı bal əlavə edin. Bu çayı gün ərzində 2-3 fıncan olmaqla için.

- Adətən heyvanı təmizləyərkən, biz onun iç hissəsini atırıq. Lakin bu iç hissəsindən çox təsirli təbii dərman hazırlamaq olar. Heyva toxumlarının dəmləməsi çox yaxşı iltihabəleyhinə və bəlğəmgətirici vasitədir. 1 xörək qaşığı heyva toxumlarını 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

- Heyva yarpaqlarının və toxumlarının (birlikdə) dəmləməsi sidikqovucu təsir edir, ödemləri azaldır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: