Qeydiyyat

Təkəbbür edənlər əslində zəlil olanlardır

486


Psixoloqların nəzərinə görə insan fəaliyyətinin əsl stimulunu həqarət və izzəti-nəfs kimi hisslər tənzim edir. İnsanda bu hisslər başqaları ilə rəftarda formalaşar.

Həmçinin psixoloqların nəzərinə görə, insanın bir çox mənfi rəftarları şəxsiyyətinin çatışmamazlığından qaynaqlanır. Adətən bu cür rəftarları izzəti-nəfsi zəif olan kəslər büruzə verərlər. Adətən izzəti-nəfsi zəif olan insanlarda əsəb xəstəlikləri, yuxusuzluq kimi hallara daha çox rast gəlmək olur.

Bəs izzəti-nəfsin zəif olmasının səbəbləri nədir?

Adətən izzəti-nəfs uşaqlıq dövründə formalaşar. Əgər ailədə uşağa qarşı hörmətsizlik edilərsə, şəxsiyyəti alçalarsa, izzəti-nəfsi zədələnir.

İmam Əli (ə) buyurur: "O kəsin ki, nəfsi onun yanında xar olar, ondan yaxşılıq ümidində olma".

İzzəti-nəfsi zəif olan insanların xüsusiyyəti:

1. Təkəbbür. İmam Sadiq (ə) buyurur: "Heç bir insan təkəbbür etməz, məgər özündə gördüyü zillətə görə".

O kəs ki, özünü kiçik görər, bu çatışmamazlığını aradan qaldırmağa çalışar. Əgər özünü qadir hesab edərsə, çarəsiz özünü böyük hesab edər və təkəbbür göstərər.

2. Nifaq. İmam Əli (ə) buyurur: "Nifaq və insanın ikiüzlü olması özündə gördüyü xar və zillətə görədir".

O kəs ki, hər bir müsbət iş görməkdən özünü aciz görər, çarəsiz münaqişə etməyə əl atar. O, səy göstərir ki, yaxşılıqlara qarşı çıxaraq, öz həqarət və zəifliyini ört-basdır etsin. O, həm əməldə və həm əqidə mövzularında etiraz edər.

Din alimləri bizə tövsiyə edir ki, böyüklərə qoyduğunuz hörməti övladlarınıza da qoyun. Bəlkə onlara qarşı xüsusi hörmətə malik olun.

Məsumlar (ə) da öz övladlarına həmişə hörmət etmiş, şəxsiyyətlərini uca tutmuşdular. Əgər biz onlara hörmət etsək, onlar da bizə hörmət edəcəklər.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: