Qeydiyyat

Beyin hüceyrələrini cavanlaşdıran təbii şirə

405


Orta yaşdan yuxarı olanlar və arterial təzyiqdən əziyyt çəkənlər mütləq oxusunlar! Bu şirəni içməklə siz özünüzü bir çox baş və beyin xəstəliklərindən xilas edə bilərsiniz.

İllər orqanizmimizdə müxtəlif patoloji izlər qoyur. Biz yaşlandıqca bütün orqanlarımız da yaşlanır və öz əvvəlki funksiyasını yerinə yetirə bilmir. Bu ən çox da beyin hüceyrələrində özünü göstərir.

Biz hamımız fiziki fəaliyyətin insan beyninə təsir etdiyini bilirik. Amerikanın Ueyk-Forest Universitetinin alimi Cek Redjeski qırmızı çuğundur şirəsininn insan beyninə təsir etdiyini sübut etmişdir. Onun araşdırmaları çuğundur şirəsinin yaşla, təzyiqlə və müxtəlif xəstəliklərlə əlaqədar beyində əmələ gələn problemlərin həll etdiyini təsdiqləmişdir.

Çuğundur şirəsinin tərkibində vitaminlər, nutrienlər, nitratlar, azotlu bitləşmələr və mikroelementlər var. Çuğundurun tərkibindəkilər orqanizmdə müxtəlif monoksid azotlu birləşmələr əmələ gətirir. Bu da damarların genəlmsinə və qanın yaxşı işləməsinə səbəb olur. Universitetin alimləri davamlı olaraq çuğundur şirəsi içən adamların beynində oksigen aclığı olmadığını sübut etmişlər. Bu da onların beyinlərinin yaxşı işləməsinə və beyin hüceyrələrinin gec ölməsinə səbəb olur. Davamlı olaraq çuğundur şirəsi içmək yaşlı adamlarda kapillyarların tutulmamasına səbəb olur. Çuğundur şirəsi üstündə araşdırmalar aparan alimlər şirənin tərkibində olan nitratların beyində azot oksidinə çevrilməsini sübut etmişlər.

Alimlər bu araşdırmanı 55 yaşında olan və arterial təzyiqdən əziyyət çəkən 26 kişi və qadın üzərində aparmışlar. Bu adamların yarısı həftədə 3 dəfə qaçış zamanı çuğundur şirəsi içmişlər, digərləri isə çuğundur dadı və iyi olan rəngli su içmişlər. Araşdırmaların nəticəsi isə çuğundur şirəsi içən adamların qan damarlarının fəaliyyəti yaxşılaşdığına görə onların arterial təzyiqi aşağı düşdüyünü göstərmişdir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: