Qeydiyyat

Baş hərlənməsi

662


Baş hərlənməsi orqanizmin özünü müvəqqəti idarə etməməsi halıdır. Bu hal özünü insana ətrafdakı əşyaların, onun ətrafında fırlanması şəklində biruzə verir və orqanizm ozünü çəkisizlikdə hiss edir.
İnsanda baş hərlənməsinin müddəti bir-neçə saniyədən bir-neçə günə qədər davam edə bilir. Baş hərlənməsi zaman insan oturmuş vəziyyətdə olduqda, o özünü yaxşı hiss edir, amma ayaq üstə olduqda yıxılmağa səbəb ola bilir. Bəzi hallarda isə başı hərlənən adam oturduğu yerdə özünü çox pis hiss edir.
Baş hərlənmsi zamanı xəstələr dizi üstə çökə və yıxıla bilirlər. Bu zaman ürəkbulnma, qusma, alında tərləmə, eşitmənin və müvazinatın pozulması müşayiət edilir. Bəzən baş hərlənmə zamanı dərinin rəngi avazıyır, ürəkdöyünmə, gözlərə qaranlıq çökmə qeyd edilir. Baş hərlənməsi zamanı xəstələrdə müvəqqəti olalaq huşun itməsi müşayiət edilir.
Baş hərlənməsi aşağıdakı hallarda meydana çıxa bilir:
- baş beynin müxtəlif xəstəlikləri zamanı
- baş beyin-qulaq sinirinin xəstəliklərində
- görmə sinirinin pozulmalarında
- yüksək arterial təzyiq zamanı
- qulaq xəstəlikləri zamanı
- müxtəlif bakteriya və infeksiya xəstəlikləri zamanı
- sinir soyuqlamalarında
- toksiki zəhərlənmələr zamanı
- nəqliyyat xəstəliklərində
- orqanizmin duruşu qəfil dəyişildikdə (müxtəlif nəqliyyat vasitələrində)
Baş hərlənməsi orqanizmin duruşunun qəfil dəyişməsi ilə müşahidə edildikdə ürəkbulanma və qusmağa səbəb olur.
Baş hərlənməsi beyin və orta qulağın sinirlərinin patologiyaları zamanı müşahidə edildikdə xəstələrdə müvazinatın itirilməsi müşayiət edilir. Bu zaman xəstələrdə baş hərlənməsindən əlavə nevroloji simptomlar da müşahidə edilir.
Baş hərlənməsi beyın səbəbli olduqda xəstələrin nitqində çətinlik, gözlərdə çəpləşmə, hərəkətlərdə nəzarəti itirmək müşahidə oluna bilir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Xəstəliyin müalicəsi baş hərlənməsinin əmələ gətirən səbəbin aradan qaldırılmasına yönəldilir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: