Qeydiyyat

Özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə, bunları yeyin!

392


Alimlər sübut edib ki, qəbul etdiyimiz qidalar bizim əhvalımıza böyük təsir edir.

Məsələ burasındadır ki, orqanizmdə "serotonin" adlı xoşbəxtlik hormonun ifrazı üçün bəzi amintirşuları və digər maddələr lazımdır. Bu aminturşuları arasında ən əsası "triptofandır". Triptofan bir çox qidalarda var. Triptofandan əlavə B qrupu vitaminləri və C vitamini, bəzi minerallar və digər faydalı maddələrin əhvalımıza böyük təsiri var. Beləliklə, insan bu maddələrlə zəngin olan qidaları tez-tez yeyəndə, onun əhvalı daha yaxşı olur. Bu qidalar arasında:

1. Hind quşu

Triptofanla olduqca zəngindir.

2. Pendir

Pendirdə həm triptofan, həm fenilalanin aminturşusu var. Fenilalanın da serotonin hormonun ifrazına təsir edir. Pendir həmçinin kalsiumla zəngindir. Kalsium isə tək sümüklərimizi deyil, sinirlərimizi və damarlarımızı da möhkəmləndirir.

3. Xurma

Yodla zəngin olan xurma qalxanvari vəzi üçün çox faydalıdır. Qalxanvari vəzinin normal fəaliyyətindən bizim əhvalımız da çox asılıdır.

4. Kahı və s. göyərtilər

Göyərtilərin tərkibində olan maddələr serotoninin ifrazını artırır.

5. Azkalorili süd məhsulları

Bu məhsullar bağırsaqların mikroflorasına müsbət təsir edir. Bu mikroflora isə həm immunitetimizə, həm də əhvalımızla təsir edir.

6. Avokado

7. Banan

B vitamini, kaliumla, saxaroza və fruktoza ilə zəngin olan banan əhvalı yaxşılaşdırır.

8. Dəniz məhsulları və balıq

A, D, B qrupu, sink, fosfor kimi faydalı maddələrlə zəngindir. Bu maddələr bizim əhvalımıza da çox müsbət təsir edir.

9. Pomidor

10. Çiyələk

11. Şokolad

Bu dünyada ən tanınmış "antidepressantdır".
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: