Bu qidalar sizi daha tez acdırır
Bəzi qidalar var ki, onları yediyiniz zaman daha çox acırsınız.
bu qidalardan biri pendirdir. Pendirdə olan kazein maddəsi (protein) beyində heroin və morfin təsiri yaradır, yəni yedikcə daha çox istəyirsiniz. Doymaq üçün pendirin yanında tərəvəz yeyin.
Hazır aldığınız meyvəli yoqurtlar daha çox acmağınıza səbəb olur. Sağlıqlı bir yoqurt yemək istəyirsinizsə, evdə hazırlanan qatığın üzərinə meyvə əlavə edə bilərsiniz.
Buğda çörəyi də tez acmağınıza səbəb olan qidalardandır.
Meyvələr şəkər baxımından olduqca zəngin olduğu üçün liflərini atdığınızda qan şəkərinizi yüksəldə bilər. Bu səbəblə, meyvə suyu içmək əvəzinə, meyvənin özünü yeyin.