Qeydiyyat

Kokosun bilmədikləriniz faydaları

398


Kokos çox faydalı və müalicəvi məhsuldur. Hal hazırda biz də bu məhsuldan faydalana bilirik.

Kokos çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində olan bəzi maddələr haqqında xüsusilə danışmaq lazımdır. Belə ki, kokos "südü"nün tərkibində olan laurin turşusu təbii "antibiotik"dir. Laurin turşusu ana südünün tərkibinə daxildir.

Kokos əslində kokos palmasının toxumudur. Tropik ölkələrdə kokos "ilahı" meyvə sayılır və həm qida, həm dərman kimi müxtəlif xəstəliklər və pozulmalar zamanı (ishal, zəhərlənmə, baş ağrısı, yaralar, impotensiya və s.) geniş istifadə olunur. Kokosdan kişi gücünü artıran xüsusi tonuslaşdırıcı kokteyllər hazırlayırlar.

Kokos B, E, C vitaminlər, kalsium, dəmir, kalium, sink, mis, fosfor, yod və s. kimi bir çox faydalı minerallar, bir çox nadir orqanik turşularla zəngindir.

Kokosun "südü" və əti insana əlavə enerji və güc verir. Bu səbəbdən bu məhsulu idmançıların qidalanmasına tez-tez əlavə edirlər. Zəif, xəstə, əməliyyat keçirmiş insan da kokosun bu faydalı xüsusiyyətindən istifadə edə bilər.

Kokos insanın cinsiyyət sisteminə çox müsbət təsir edir. Kokos (xüsusilə onun "südü") kişilərdə potensiyanı yaxşılaşdırır.

Kokos ürək xəstəlikləri, onkoloji xəstəliklər, aterosklerozun riskini azaldır.

Kokos görmə qabiliyyətini yaxşılaşdırır.

Kokos saçların və dərinin vəziyyətinə müsbət təsir edir. Bu səbəbdən kokos yağı müxtəlif maskalar, kremlər, şampunlar və s. tərkibində çox geniş istifadə olunur. Ümumillikdə kokos yağı çox faydalı müalicəvi məhsuldur.

B qrupu vitaminlərlə zəngin olan kokos insanın sinir sisteminə çox müsbət təsir edir - sakitləşdirir, beyinin fəaliyyətini yaxşılaşdırır.

Kokosun əti bağırsaqlar üçün xüsusilə faydalıdır - bağırsaqları təmizləyir, burada yığılan toksinləri, şlakları və s. ziyanlı maddələrin xaric olmasını sürətləndirir.

Kokos immun sisteminə çox müsbət təsir edir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Kokos seçəndə onu bir az silkələyin. İçərisində maye varsa, bu təzə kokosdur. Kokos südü uşaqlar üçün çox faydalıdır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: