Qeydiyyat

Qəbrin ilk gecəsinin hadisələri

452


Meyiti qəbrə qoyduqdan sonra başına bir çox hadisələr gəlir. O cümlədən Nəkirlə Münkərin sorgu-sualı, qəbir sıxıntısı... Lakin bu hadisələr mömin və kafirlərdə fərqlidir.

İmam Sadiq (ə) buyurur: "O zaman ki, mömin dünyadan gedər, 70 min mələk onu müşayiət edər ki, qəbrinə çatdırsın. O zaman ki, qəbrə daxil olar, Nəkirlə Münkər gələr və ona suallar verərlər. Rəbbin kimdir, dinin nədir, peyğəmbərin kimdir?

O da cavab verər ki, Rəbbim Allahdır, dinim İslamdır və peyğəmbərim də Muhəmməddir (s). Onların qəbri görmələrinin uzunluğu genişliyindədir.

Bu, Allah Təalanın həmin sözüdür ki, buyurur: "Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu cənnət vardır"". ("Vaqiə" 88-89).

Yəni bu ruh ki, bərzəx aləminə gələr nemət dolu cənnətə düşər. Ona görə də möminə verilən vədənin biri qəbrdədir, o birisi isə Qiyamət və axirətdə.

İmam Sadiq (ə) davam edir: "O zaman ki, kafir ölər, onu cəhənnəm atəşinin 70 min gözətçisi qəbrə qədər müşayiət edərlər.

O, müşayiət edən bu mələklərə and verər ki, əgər bir daha dünyaya gələsi olsam, salehlərdən olacağam. Çünki elə bu zaman nələrin baş verdiyini hiss etməyə başlayar.

Əzab mələkləri ona deyərlər: "Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir)". ("Muminun" 100).

Geri qayıtmaq yoxdur. O zaman ki, qəbrinə daxil edərlər və insanlar onu qoyub gedər, Nəkirlə Münkər ən dəhşətli şəkildə onun yanına gələrlər. Ona suallar verməyə başlayarlar.

O, dili tutulduğu üçün danışa bilməz. Cavab verməyə qadir olmaz. Ona əzab qamçısı vurarlar ki, bütün varlıqlar titrəyər. Ona yenə sual verərlər ki, Rəbbin, dinin, peyğəmbərin kimdir?

O, deyər ki, bilmirəm. Ona deyərlər ki, bilmədiyin üçün hidayət olmadın. Qəbrinə cəhənnəmdən qapı açarlar. Oradan qaynayan çirkli cəhənnəm suyu yemək kimi onun üçün gələr.

Bu, Allahın buyurduğu həmin sözdür:"Lakin əgər azmış təkzib edənlərdən olsa, onda (ona) ilk xidmət qaynar sudur və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!". ("Vaqiə" 92-94).

Bəli, ona görə də deyə bilərik ki, möminin qəbir hadisələri - nemət və behiştdir, kafirinki isə qaynar su və cəhənnəm.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: