"Omega-3" bədənimizin ən çox ehtiyac duyduğu, lakin özünün istehsal edə bilmədiyi faydalı yağ turşusudur.
Omega-nın ürək və beyin sağlamlığı üçün rolu əvəzsizdir. Aparılan araşdırmalar göstərir ki, bu maddənin tərkibindəki faydalı birləşmələr ürək xəstəlikləri riskini 47 faizə kimi azalda bilir.
"Omega-3" ən çox qoz, badam, fındıq, lobiya, noxud, kətan toxumu, yaşıl tərəvəzlərdə, o cümlədən yağlı balıqlaradır. Bəs bu yağ nəyə faydalıdır?
Ürək sağlamlığını qoruyur
Dəri xərçəngi riskini azaldır
Xolestrol səviyyəsini salır
İmmun sistemini gücləndirir
Sağalma müddətini qısaldır
Beyni inkişaf etdirir
Gözlərin sağlamlığını qoruyur
Bədənin "Omega-3" təlabatını ödəmək üçün mütəxəssislər həftədə azı 2 dəfə balıq yeməyi məsləhət görürlər.
Bundan başqa yüksək miqdarda "Omega-6" tərkibli yağlardan uzaq qaçın. Bu siyahıya günəbaxan, qarğıdalı, soya yağı daxildir. Onları xeytun, fındıq, avakado yağları ilə əvəz edin.