Qeydiyyat

Ürəyi sağlam edir, qocalmanı ləngidir... - MÖCÜZƏVİ YAĞ

374


Son zamanlar saç baxımında çox istifadə edilən arqan yağı həm də bir çox xəstəliyin müalicəsində də yararlı sayılır.

Hər zaman yaşıl qalan arqan ağacları 152-450 il arası yaşayır, boyları 10 metrə qədər uzana bilir. Arqan yağı bu ağacın fındıq boyda meyvələrindən əldə olunur. Ağac əsasən Marokkoda və Əlcəzairdə bitir.

Qocalma prosesini gecikdirən arqan yağının bu xüsusiyyəti tərkibində olan A, E, F vitaminləri, Omeqa-3 və Omeqa-6 yağlı turşuları, fitosterol və s. bioloji aktiv maddələri ilə əlaqələndirilir. Arqan yağını faydalı xüsusiyyətlərinə görə "Marokkonun qızılı" adlandırırlar.

Arqan yağının faydaları:

- Qanda xolesterol və triqliseridlərin səviyyəsini aşağı salır.

- Ürək-damar xəstəliklərini və xərçəng riskini azaldır.

- Şəkərli diabet zamanı faydalıdır.

- Revmatizm ağrılarını götürür.

- Podaqra, osteoxondroz, artrit, artroz zamanı faydalıdır.

- Hamiləlikdə yaranan qarın çatlarının qarşısını alır.

- Döş sallanmasını və boyun qırışlarını yox edir.

- Saçları nəmləndirir.

- Sədəf, eqzema kimi dəridə qızartı, səpmə, qaşıntı ilə müşahidə olunan dəri problemlərinə qarşı nəmləndirici və sakitləşdirici olaraq istifadə edilir.

- Yaraların tez sağalmasına kömək edir.

Arqan yağını daxilə qəbl etmək və həmçinin kosmetik maskalara, şampuna əlavə etmək olar.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: