Qeydiyyat

Pəhriz zamanı ürəyimiz niyə yemək istəyir?

521


Pəhriz saxlamağa qərar verdikdən sonra ilk iki həftə hər şey yolunda gedir. Lakin daha sonra hər şey dəyişir. Əvvəl yediyiniz yeməkləri düşünməyə başlayırsınız.

Bu heç də hər zaman aclıq hissinin olmasından qaynaqlanmır. Yeməyə olan düşüncəniz iradənizi zəiflədir və o qidanı yemədən özünüzü tox hiss etməyəcəyinizi düşünürsünüz.

Beynin müəyyən hissələri qida istəklərindən məsuldur. Leptin və serotonin kimi hormonlardakı balanssızlıqlar müəyyən qidalara olan istək kimi özünü göstərə bilər.

Pəhrizdən əvvəl bəzi şeyləri yedikdən sonra bədəndə endorfin ifraz olunur, bu da fərqində olmadan ona qarşı aludəlik yaradır.

Hansı qidaları nə üçün yemək istəyirik?

Şokolad - maqnezium çatışmazlığı:

Kakaonun tərkibində yüksək miqdarda maqnezium var. Qadınların aylıq tsikl vaxtında yaşadıqları maqnezium çatışmazlığı onları şokolad yeməyə təşviq edir. Bunu badam, qoz, fındıq, yerfıstığı yeyərək bədənin tələbatını ödəyə bilərsiniz.

Ət və ətli qidalar - dəmir çatışmazlığı:

Bu bizi ət yeməyə sövq edir. Pəhriz proqramından çıxardığınız bu qidanı ispanaq və kələm ilə əvəzləyə bilərsiniz.

Pendir və pendirdən hazırlanan yeməklər - omeqa 3 yağ turşusu azlığı:

Yağlı pendir növlərini, tost və pizza kimi karbohidratları qızılbalıq, kətan toxumu və qozla əvəzləyə bilərsiniz. Eyni zamanda, pendir kalsium və fosfor çatışmazlığından da xəbər verir. Bunun üçün süd, yumurta və banan yaxşı alternativdir.

Duzlu qəlyanaltılar - duz və ya su çatışmazlığı:

Bədənin natrium çatışmazlığını fındıq, fıstıq, qoz, kərəviz, yerkökü kimi qidalarla təmin edə bilərsiniz. Balıq yemək də yaxşı bir haldir. Bundan əlavə, duzlu bir şey yemək istəyi sudan da qaynaqlana bilər. Çünki duz bədəndə suyu saxlayır. Bədəndəki su azalıbsa, duzu saxlayacaq su da azalıb. Yeganə çıxış yolu su içməkdir.

Şəkər:

Karbohidratlar istehlak edən insanlar şəkər böhranı yaşayır. Qan şəkəri yüksəlir, insulin ifrazı artır və qısa müddətdən sonra azalır. İnsulin azalan kimi şəkər aclığı yenidən başlayır. Bu böhran vəziyyətini meyvə ilə aradan qaldıra bilərsiniz. Meyvəni yağlı toxumla və ya süd məhsulları ilə əvəzləmək də olar. Bu qan şəkərini daha uzun müddət balansda saxlamağa kömək edəcəkdir.

Xəmir xörəklər - protein və yağ azlığı:

Qırmızı və ağ ət, paxlalılar, süd, qatıq, balqabaq tumları kimi protein tərkibli qidalardan salat hazırlayıb üzərinə zeytun yağı əlavə edin. Bu bədənin protein və yağ tələbatını ödəyəcək.

Süd və süd məhsulları - kalsium çatışmazlığı:

Süd içmək istəyi stressli dövrlərdə də yarana bilər. Bu təbii amin turşusu olan triptofan çatışmazlığının göstəricisidir.

Acılı, ədviyyatlı qidalar - tiroid balansının pozulması və ya kükürd çatışmazlığı:

Qalxanvari vəzi tarazlaşdırmaq üçün qatıq, qızılbalıq, kokos yağı, qəhvəyi düyü, lobya, yumurta və balıq yeyə bilərsiniz. Soğan və sarımsaqdan başqa kükürd, yerkökü, kərəviz, turp əvəzinə kartof, kahı, cəfəri, çiyələk, banan və yumurta tövsiyə olunur.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: