Qeydiyyat

İlin ən önəmli gecələrindən biri baş tutdu - Sekiller

463


Ötən gecə Nyu-Yorkda Metropoliten muzeyində ilin ən önəmli gecələrindən biri "Met Gala 2022" baş tutub.

Hər dəfə olduğu kimi yenə də gecədə ulduzlar geyimləri ilə yarışa giriblər. Gecənin əsas geyim mövzusu "Qızılı qlamur" idi. Moda evləri XIX əsrin sonlarını öz geyimlərində əks etdirməli idilər.

Gecənin geyim mövzusunu tərtib edən "Vogue"un baş redaktoru Anna Vintur Mark Tven və Çarlz Uornerin "Qızıl dövr" əsərindən ilhamlanıb. 600 qonağın yer aldığı mərasimdə qırmızı xalıda diqqət çəkənlər arasında Kim Kardaşyan olub. O, Merlin Monronun geyimi ilə gecəyə qatılıb. O bildirib ki, bunun üçün 7 kiloqram çəki atıb.

Niki Minaj isə "Burberry" brendinin geyimini seçib. Onun libasının bədən ölçülərinə uyğun olmaması diqqət çəkib. Model Kara Delevin sinə dekolteli libasla qırmızı xalıda göz oxşayıb.

Bill Ayliş isə "Gucci"nin gecənin konsepsiyasına uyğun hazırlanan paltarını geyinib. Heuli Biber isə Cerri Hollun "YSL Spring 2002 Couture" dəfiləsindəki obrazını təkrarlayıb.
























Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: