7 kiloluq çimərlik geyimi
Türkiyənin ən varlı qadınlarından sayılan Süreyya Yalçın həyat yoldaşı Ozan Baranla birgə istirahətə yollanıb.
Cütlük dincəlmək üçün Bodruma üz tutub. Ən diqqət çəkən məqam isə Süreyyanın çimərlik geyimi olub. Belə ki, o, sahilə 7 kiloqram çəkisi olan və Svarovski daşlarla bəzədilən çimərlik geyimi ilə gəlib. Ötən günlərdə də hündürdaban ayaqqabıları və bikinisi ilə hər kəsi heyrətləndirən Süreyya bu dəfə də maraqlı görüntüsü ilə diqqətləri üzərinə toplayıb.