Qeydiyyat

Dini səhv öyrənməyin nəticələri

585


Dini təlim, səhv aparıldığı təqdirdə ortaya yeni dinlərin çıxması qaçınılmazdır. Bunlara müasir dövrümüzdə yeni-yeni tanıdılmaya çalışılan alternativ/paralel dinlər deyilir.

Bir dövlətin içində ona altenativ/paralel dövlətlər qurulduğu kimi, Allahın həqiqi dini içərisində də ona paralel dinlər icad edilir. Bunu tarixi proseslərdən və Quranın təqdim etdiyi nümunələrdən çox rahat görə bilirik[1]:

Paralel Dinin meydana gəlməsi
Paralel din, qaynağı Allahdan olduğu görüntüsü verən, əslində isə şəxslərin meydana çıxardığı bir yoldur/məzhəbdir.

Paralel dinin tarixi: Özünü ilk din xadimi məqamına gətirən insandan başlayır[1]; cinlərdən isə İblisə qədər götürə bilərik.

Uca Allah, bütün insanların dini düşüncələrini; yaratdığı (kainat) dəlillərindən və nazil etdiyi (Qurani Kərim) ayələrindən/dəlillərindən almasını istəməkdədir.[2] İnsanlar, dinini yəni yolunu/həqiqəti birbaşa bu iki dəlildən öyrəndiyi təqdirdə yollarını çaşmaz və özlərindən əvvəl yaşamış insanların paralel din və dünyagörüşünə aldanmazlar.

Rəbbimiz tərəfindən göndərilən kitablarda hadisələrdən və millətlərin aqibətlərindən bəhs etməsi, insanların tarixsəl baxışlarını müasirliyə çəkmək üçündür. Çünki, insanların hər dövrdə etdikləri, bir sonrakı dövrün ya eynisi ya da oxşarı olaraq təkrarlanmaqdadır. Bu səbəblə keçmiş millətlərdə və əhli-Kitabda qəsd edilən din xadimləri ilə əlaqəli verilən misalların tarixdə qalmadığını və müasir dövrümüzdə də hər zaman onlarla qarşılaşacağımızı göz önündə tutmaq məcburiyyətindəyik.

Son peyğəmbər Muhəmməd (ə.s.) ın vəfatı üzərindən çox keçmədən H. II-ci əsrdən sonra bir çox İslam aliminin özləri üçün qurduqları dini öyrənmə metoduna tabe olan və bu metodu mənimsəyən bir çox tələbələr yetişdi. Bu tələbələr, müəllimlərinin düşüncələrini və əsərlərini insanlara dinin əsasları kimi təqdim edərək yeni bir yola/məzhəbə qapı açdılar. Eynilə özlərindən əvvəlki ümmətlərin din xadimlərinin tutduğu yanlış yolu təkrarlamış oldular.

Bunların yaranmasında həmçinin müsəlmanlar arasında baş verən ictimai və siyasi fitnələrin təsiri də olmuşdur. Müsəlmanların çoxu bir müddət sonra əhli-Kitabın hətta Zərdüştlərin və Bütpərəstlərin öz din xadimlərinə verdiyi vəsflərin, səlahiyyətlərin bənzərini öz alimlərinə verməyə başladılar. Beləliklə, hər kəs öz metodlarını və alimlərini müqəddəsləşdirməyə, onlarla əlaqəli ilahi mesaj olan Qurandan dəlillər gətirməyə çalışdılar. Bütün bunlarla bərabər, Allah adına danışanlar, Allah adından din təqdim edənlər, Allahın kitabı adına "mənə də yazdırıldı!" deyə kitab yazanlar, qanun və hökm çıxaranlar meydana çıxmış oldu. Bütün bunlar, adını indi qoyduğumuz fəqət, tarix boyu mövcud olan paralel dini quruluşlardır.

Paralel Dinin Zərərləri
Dini anlayışın doğru olmaması ya da başqaları tərəfindən dinin doğru öyrədilməməsi nəticəsində din bir afyona çevrilir. Tarix boyu öz məzhəblərini, təriqətlərini və camaatlarını din deyə təqdim edən din xadimləri öz tələbələrinə din öyrədəndə "sən nə düşünürsən, necə inanırsan, fikrin nədir, Quran bu haqda nə deyir?"- deyə deyil, "sən belə düşünməli, fikrin və inancın belə olmalı, haqq budur və bundan başqa həqiqət yoxdur!"- deyə, bir din öyrətmişlər. Bu şərtləndirmə metodu ilə dində öz təlimlərinə xas iman şərtləri və əməl əsasları meydana gətirmişlər. Din xadimləri tərəfindən bunlar təqdim ediləndə "əgər bu əsasların və şərtlərin hər hansı birini qəbul etməzsən sən doğru dindən, doğru yoldan çıxmış olarsan"- deyə şərtləndirməyi, hədələməyi də gözardı etməmişlər. Əlbəttə bu hədələr sözdə və yazıda qalmamış, qəbul etməyənlər öz metodlarına uyğun cəzalandırılmış; bəziləri öldürülmüş, həps edilmiş, bəzilərindən isə malı ya da arvadı əlindən alınmışdır.

Yer üzündə insanlar üçün ən təhlükəli quruluş, paralel din quruluşudur. Bu quruluş, Allahın göndərdikləri ilə hər zaman paralel olaraq davam etmiş və təəssüflə qeyd edək ki, böyük əksəriyyət tərəfindən qəbul edilmişdir. Paralel dini meydana gətirənlər, din və dövlət xadimləridir. Məsələn, Yəhudiliyin, Xristianlığın və İslamın daxilində qurulan məzhəblər, camaatlar və sistemlər, Allahın dininə qarşı ortaya çıxan paralel dini qurumlardır.

Əli (r.a.)-dən sonra günümüzə qədər mövcud olan və qurulan dövlət quruluşlarının heç biri Allahın qoyduğu qanunları həyata keçirməmişdir. Günümüzə qədər hər kəs sahib olduğu quruluşu qorumağa çalışmaqdadır. Bu quruluşlara qarşı çıxanlar ittiham edilməkdə, terorçu ya da agent olaraq göstərilməyə çalışılmaqdadır. Məsələn; Türkiyədə dövlətə qarşı qurulan paralel quruluş hər kəs tərəfindən qınanmaqda fəqət, əsrlərdir Allahın dininə qarşı qurulan paralel dini quruluşlardan heç söz edilməməkdədir. Əsl yıxılması lazım olan quruluşların bu cür quruluşlar/məzhəblər olduğunu bu məqaləmizdə də xatırlatmaq istəyirik.

Bu gün bir çox cərəyanların özlərinə xas kitabları və qəbul etdikləri din xadimlərinin əsərləri, kitabları sərgilənməkdə və təlim ocaqlarında bunlar oxudulmaqdadır. Bəzilərinin yanlarında Quran olsa da çox vaxtı Ondan öz batıl təlimlərinə dəstək mahiyyətində istifadə edirlər.

Bütün təhrif olunmuş dinlərdə din xadimlərinin qurduqları bir müqəddəslik bağı vardır. Müqəddəs gördükləri bu bağın Allahın bir bağı olduğuna və öz məzhəb imamlarının görüşlərini (!) təqlid etməyənlərin Allahın mərhəmətindən məhrum qalacağına inanmaqdadırlar. Bilavasitə hər məzhəb alimi və idarəçiləri öz camaatının hidayətçiləri sayılır. Həmçinin özlərindən olmayanları, haqlarını qəsb edənlər və haqdan uzaq qalanlar olaraq görməkdədirlər.

Dinin, Allahın dinindən çıxıb şəxslərin dininə yəni, paralel dinə necə çevrildiyini, Sufi və Şiə üzərindən iki nümunə ilə izah etmək istəyirik:

Şiəyə görə; "Din xadimləri (imamlar, seyyidlər, ayətullah və b.) dinin mühafizləridir. Müqəddəs mətnin yorumlanmasında onları yeganə aftoritet olaraq görməli və təvazü ilə verdikləri bilikləri mənimsəməliyik. Din xadimlərinin doğruladığı heç bir şeyə qarşı gəlməməliyik, çünki onlar, Allahın elçilərinin nəslindən gəlməkdədir."[5]

"Zamanın imamını tanımadan ölən cahiliyyə üzərə ölmüşdür."[6] hədisini əhli-Sünnə və əhli-Şiə müştərək olaraq nəql etsə də hər biri öz imamını qəsd etmişdir.

Sufilərə görə; "Mürid haqlı olsa belə, ustadına etiraz etməsi haramdır."

"Mürid, şeyxinin tərbiyyəsində ölü yuyanın əlindəki meyyit kimi olmalıdır ki, şeyx, müridə istədiyi kimi hərəkət edə bilsin."[7]

Təriqətçilər, peyğəmbərlərə belə verilmədiyi bir elmin öz şeyxlərinə kəşf[8] yoluyla verildiyinə inanır. Qəzali, bu elmə yiyələnlərin qəlb gözündəki pərdələrin qalxdığını və Lövhi Məhfuzda yazılı olan şeylərdən bir qisminin ona əks etdiyini və beləliklə qeyb xəbərlərini və digər şeyləri gördüyünü deyir.[9]

Bütün təriqətlər, özlərini sağlam bir təmələ əsaslandırmaq üçün şeyxlərini bir silsiləylə Rəsulullaha bağlamışlar. Mürid, şeyxi vasitəsilə Rəsulullaha bu silsiləylə çatır ki, buna "rabitə"[10] deyilir. Təriqətdə bir şeyxə bağlanmaq məcburidir. Onlara görə; mürşidi/rəhbəri olmayanın rəhbəri şeytan olur.[11]

Ümumiyyətlə hər təriqət, şeyxləri və imamları haqqında eyni şeyi düşünür. Sadəcə bağlı olduqları silsilələri fərqlidir. Bu silsilənin başı; Sünnilərdə Əbu Bəkr, Şiədə isə Əli olur.

Quranda olduğu kimi bütün ilahi kitabların, elçilərin ortaq məqsədi, Allahın birliyini və Allahla öz aralarına qoyduqları bütün şeylərin şirk olduğunu çatdırmaqdır. Uca Allahın ən çox xəbərdarlıq etdiyi və bağışlamayacağı günahın şirk olduğu bizə məlumdur. Ən çox uzaq durmağımız lazım olan bu inanc təəssüf ki, çox insanın -keçmişdən olduğu kimi günümüzdə də- müdafiə etdiyi bir din halına gəlmişdir.

Şirk dini mənsublarının ve bu dinin din xadimlərinin sözdə Allah, kitab və imamlar adından istifadə etməklə əslində onların amalına tərs bir yola dəvət etdiklərinə yüzlərlə sübut vardır. Bununla birlikdə, özlərindən olmayanların batıl yolda olduqlarını və cəhənnəmə gedəcəklərini iddia etməklərini Quran bizdən əvvəlki ümmət üzərindən belə xəbər verməkdədir:

"Dedilər ki: Yəhudi və ya xaçpərəst olandan başqası cənnətə girə bilməyəcək. "Bu onların xam xəyallarıdır. De ki: Doğru deyirsinizsə, dəlilinizi gətirin."[12]

İdeologiyalarını din deyə təqdim edənlərin və bu səbəblə özlərini xüsusi mövqeyə gətirənlərin əslində şeytan tərəfindən aldadıldığı, əsassız fikirlərlə ovunduğu bildirilməkdədir. Allah, bütün insanların əslində eyni dəyərdə yaradıldığını, öz qatında eyni məsuliyyətləri daşıdığını və hər kəsin hətta elçilərinin belə öz kitabının əsaslarından sorğulanacağını bu ayə ilə açıqlayır:

"De ki: Ey kitab əhli! Tövratı, İncili və Rəbbiniz tərəfindən Allahdan sizə nazil olanı tam yerinə yetirməyəndə əsassız qalarsınız. Rəbbindən sənə nazil edilən (Quran) onlardan çoxunun azğınlığını və küfrünü artıracaqdır. Artıq o kafirlər üçün kədərlənmə."[13]

Əhli-Kitab din xadimlərinin özlərini xüsusi mövqeyə gətirmək cəhdlərinin çox keçmədən Müsəlmanlar arasında da yayıldığı müşahidə edilməkdədir. Bir qrup özlərinin sünni, digəri şiə, bir başqası sufi olmağıyla xilas olacaqlarını söyləmişlər. Bununla da kifayətlənməyərək öz aralarında təriqətlərə, firqələrə bölünərək özlərini haqq dinin, qurtuluşun yolçuları olaraq görmüşlər. Qısaca desək, bütün bu firqələrdə əsas olan Quranın təqdim etdiyi inanc və həyat şəkli deyil; özlərinin tutduğu məzhəbə və ya camaata mənsub olmaqdır.[14] Bu mövzuda məsələn, əhli-Sünnə: "Kim əhli-i sünnənin yolundan ayrılsa, onların ortaq fikirlərinə zidd düşsə azmışdır."[15] şəklində uydurma bir hədisi ələ alırlar. Şiələr isə müxalif olaraq öz prinsiplərinə və fikirlərinə uyğun gəlməyənlərin yoldan çıxdıqlarını söyləyər və bu iddialarını imamları adından bir çox rəvayətə əsaslandırırlar: "Bizə itaət, Allah tərəfindən fərz qılınmışdır. Təkcə bizi tanıyanlar xilas olacaqlar. Bizi tanımayanlar üzrlü sayılmazlar. Bizim imamətimizə inanan mömin, inkar edən isə kafirdir."[16]

Hər təriqətin özünə görə yorumladığı məşhur bir hədisdə belə buyrulmaqdadır:

"Yəhudilər 71 firqəyə bölündülər. Xristianlar da 72 firqəyə ayrıldılar. Ümmətim də çox yaxında 73 firqəyə ayrılacaqdır."[17]

Bu hədisi rəvayət edənlərin bir qismi hər nə qədər hədisə səhih desələr də hədis alimlərinin bir çoxu başda Tirmizi, Əbu İsa, İbn Həzm bu hədisin zəif olduğunu dilə gətirmişdir.[18] Bu rəvayətlərə, sonradan "Bir firqə xaric hamısı atəşdədir." sözü əlavə edilmişdir ki, hədis alimləri həm sənəd həm də mətn və məna yönündən qəbul olunmaz olduğunu söyləmiş və bu təhrikedici ifadəni rədd etmişlər.[19] Sonra isə hər biri xilas olacaq firqənin öz firqələri olduğuna dair rəvayətlər uydurmuşlar.

Qurani Kərim belə bir ayrıseçkiliyin doğru olmadığını bildirməkdə və onların bu iddialarını belə cavablamaqdadır:

"İş nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahın yanından özünə nə bir himayədar, nə də bir köməkçi tapmayacaqdır. Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz."[20]


[1] Bax: Ənam, 6/159; Keçmişdə olduğu kimi günümüzdə də olan bütün dinlərin tərkibində yüzlərlə məzhəb, təriqət və müxtəlif cərəyanlar mövcuddur.

[1] Bu şəxsin kim olduğu bilinməməkdədir.

[2] Mülk 67/1-4; Rum 30/30; Əli İmran 3/83.

[3] Karslı, İbrahim Hasan, Kutsal Kitaplara Göre Din Adamları, Türkiyə Diyanət Vakfı Yay., Ankara, 2010, s. 36.

[4] Nisə 4/36.

[5] Allamə Məclisi, Biharül Ənvar, 23/88.

[6] Kuleyni, Üsulul-Kafi, 1/377, 2/20; Allamə Məclisi, Biharul-Ənvar, c. VIII, s. 366.

[7] Məhmət Zahit Kotku, Tasavvufi Əxlaq, c. II, s. 245.

[8] Kəşf, sufilərə görə şeyxlərinin ilahi qeybi biliklərindən ibarətdi. (Öngören, Reşat, əhl-i Sünnədə Tasavvufun Yeri, Ensar Yay., İstanbul, 2006, s. 165.)

[9] Qəzali, İhyau-Ulumiddin, Bedir Yayınevi, İstanbul 1989, c. I, s. 57.

[10] Rabıtə, sözlükdə "bağlamak" mənasına gəlir və iki şeyi birbirinə bağlayan ip; əlaqə, bağ, münasibət deməkdir. (Tosun, Necdet, DİA, "Rabıta", 34/378.)

[11] Aydın, Ferit, Rabıta ve Nakşibendilik, Süleymaniye Vakfı Yay., İstanbul, 2000, s. 34.

[12] Bəqərə, 2/111.

[13] Maidə, 5/68.

[14] Həvva, Said, Əl Əsas Fis-Sünnə, Yayın Pazarlama, Çevr: Ural, A., Çetintaş, R., İstanbul, 1992, 8/93.

[15] İbn Teymiyyə, Məcməuul-Fətava, 3/348; Həvva, Səid, açə., 8/115.

[16] Fığlalı, İmamiyye Şiəsi, İstanbul, 1984, s. 216.

[17] Tirmizi, "İman", Həd. 2640, c. V, s. 25; İbn Macə, əs-Sünən, "Fitən", Həd: 3991, c. II, s. 1321.

[18] İbn Hazm, əl-Fəsl fil Miləl vəl-Nihal, 3/292; Geniş məlumat üçün: Harun Ünal Mövzuat, s. 484-494.

[19] İbn Macə, açə., Fitən, Həd: 1392, c. II, s. 1322; əl-Məqdisi, bu rəvayətin tam ziddı olan bir rəvayət nəql etmişdir. Geniş məlumat Ünal, Harun, açə., 490.

[20] Nisə, 4/123-124.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: