Rusiya defolt elan edəcək
Rusiya xarici borcunu faktiki olaraq ödəyə bilmir və istiqraz sahiblərinə dollar ödənişi əvəzinə rubl ödənişləri təklif edib.
Bu barədə “Standard & Poor's” reytinq agentliyi məlumat yayıb.
Agentlik tərəfindən bildirilib ki, Rusiya istiqraz sahiblərinə ödənişləri dollarla deyil, rublla təklif etdiyi üçün bu, “seçilmiş defolt” olaraq qiymətləndirilib.
Belə ki, bir neçə saat əvvəl yayılan məlumatda isə qeyd olunur ki, Rusiyanın “Rusiya Dəmir Yolları” şirkəti avrobondların bir buraxılışı üzrə defolt edib. Söhbət 14 mart ödəmə tarixi ilə İsveçrə frankında olan avrobondlardan gedir.
“Rusiya Dəmir Yolları” ödənişi həyata keçirməyə çalışsa da, özünə qarşı tətbiq edilən sanksiyalara görə bunu edə bilməyib.
Qeyd edilib ki, yaxın zamanda Rusiyanın öhdəliklərini yerinə yetirə bilməyəcəyindən Federasiyanın defolt elan edəcəyi gözlənilir.