Çin universitetlərində Qərb dəyərlərini təşviq edən kitablardan istifadəyə icazə verilməyəcək. Bunu Çinin milli təhsil naziri Yuen Quirin deyib.
Onun sözlərinə görə, dərslərdə Çin Kommunist Partiyası liderləri və sosializmi dəyərdən salan çıxışlar edilməyəcək.
Nazir qeyd edib ki, universitetlərə gətirilən kitabların təftişi gücləndiriləcək.