Amerikalı milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask twiter sosial şəbəkəsini alıb.
Xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, o, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.
Twitter sosial şəbəkəsinin rəhbərliyi xəbəri təsdiqləyib. "Twitter, Inc." bu gün elan etdi ki, tam mülkiyyətində olan İlon Mask şirkəti tərəfindən hər bir səhm üçün 54,2 dollara, təqribən 44 milyard dollar dəyərində sövdələşməyə imza atıb", - sosial şəbəkənin xəbərində bildirilir.