Çox təəssüf ki, təşviş və iztirab bütün dünya üzrə vəba kimi insanların canına düşmüşdür. Bu da bir çox cismi və psixoloji xəstəliklər yaradır. Həqiqətdə demək olar ki, bu günün dünyasında stress - həyatın bir hissəsinə çevrilmişdir.(Tebyan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu günün texnologiya və maşınlaşma həyatı cisim və ruhumuza çox sayda təzyiqlər edir. Bu gün bir çox psixoloji xəstəliklərin səbəbi - stresdir. Ancaq görəsən bu günün insanı bu streslərə dözmək qabiliyyətinə malikdirmi?
Stress haqqında nə bilirik? Psixoloji bir fenomen olaraq, stress - elə bir haldır ki, bizlərdən bir çoxumuz gündəlik həyatımızda istər evdə olsun, istərsə də cəmiyyətdə - onu təcrübə edirik. Stress - elə bir fenomendir ki, baş verməyi praktiki olaraq, qaçılmazdır.
Qeyd edək ki, bu günün ahəngindən və sürətindən qaçmaq qeyri-mümkündür. Elmi tədqiqatlar və şəxsi təcrübələr göstərir ki, biz stress yarada bilən şəraitləri aradan qaldıra bilmirik. Ancaq onları kontrol edə bilərik.
Gün ərzində bədənə müxətlif cür təzyiqlər edilir. Əgər onlarla mübarizə yollarını bilməsək, tezliklə mədə xəstəliyinə, qan təzyiqinin qalxmasına, ürək və beyin infarktına düçar olarıq. Həqiqətdə stress - bədənin xoşagəlməz və təhlükəli hadisələr qarşısında reaksiyasıdır.
Onunla mübarizə etmək üçün bir çox yollar vardır. İlk addımda biz gərək narahatlıq yerinə rahatlıq əldə edə bilək, əsəbləşmək yerinə soyuqqanlı olmağı öyrənək, rəftarlarımızı kontrol etməyi öyrənək.
Streslə mübarizə yolları:
Durumunuzu ciddi kontrol etməyi bacarın.
Bəzi insanlar o zaman ki, əsəbləşirlər və bu əsəblərinin qarşısını özləri alanda bədən xüsusi maddə (zəhər) istehsal edir ki, onu iztirablı və təşvişli edər. Ancaq əgər insan öz əsəbini mədəni şəkildə, qarşı tərəfi incitmədən büruzə verə bilərsə, istəklərini çatdıra bilərsə, sakitləşər.
İstirahətə gedin.
Özünüz üçün azad bir zaman ayırın. Hər bir insan günün müəyyən vaxtını işlərdən azad olsun və istirahət etsin. Heç olmasa həftədə bir dəfə istirahət etsin və dostları ilə gəzməyə getsin.
Həyatınıza dəyər verin.
Psixoloqlar bu fikirdədir ki, o insanlar ki, keçmişin xatirələrindən və ya gələcəkdən niagarandırlar, bu günün şəraiti ilə yaşamağı öyrənməlidirlər. Onun fikrinə görə, insan gərək dini etiaqa malik olsun. Tədqiqatlar göstərir ki, ibadət insan bədənində olan stresləri azaldır. Adrenalinin səviyyəsini aşağı salır.
İdman edin.
İdman elə bir şeydir ki, həyatımızın bir hissəsinə çevirməliyik. Tədqiqatlar göstərir ki, idman edərək, bədəndəki cismi və ruhi stresləri azaltmaq olar. İdman iztirabı aradan aparır. İdman vasitəsilə cismi vəziyyətimiz daha da yaxşılaşar və yuxu normaya düşər.