Sevdadan etiraf: "Sevirəm, çox xoşbəxtəm"
Tədbirlərdən birindən çıxarkən tanınmış müğənni Sevda Yəhyayevanı çox narahat gördük. Ona yaxınlaşıb narahatlığının səbəbini soruşduq. Müsahibə gedişində öyrəndik ki, Sevdanı narahat edən hündürdabanlı ayaqqabıda olmasıdır. Ayaqüstü müsahibəmizin ilk sualı da elə bu maraqdan doğdu.
- Sevda, hündürdabanlı ayaqqabıdasız. Məcburiyyətdən geyinmisiz, yoxsa dəbdir deyə?
- Çox narahat ayaqqabıdır. Vitrində duranda elə gözəl görünürdü ki... (gülür). Təkcə mən yox, bütün xanımlar razılaşarlar ki, hündür topuqlu ayaqqabı qadınların bir nömrəli düşmənidir.
- Bu illər ərzində, yəqin ki, bu tip ayaqqabılara öyrəşmisiz...
- Mən öyrəşməmişəm, amma məcburiyyətdən geyinməliyəm. Səhnəyə sport stilində olan ayaqqabı ilə çıxa bilmərik. Adi həyatda isə mən rahat geyimə üstünlük verirəm. Bəlkə də siz küçədə məni görsəz, tanımazsız. Səhnədəki Sevda qəşəng bir Sevdadır, adi həyatdakı Sevda tamam fərqlidir (gülür).
- Gözünüzə eynək taxıb şəhərdə gəzdiyiniz vaxtlar olurmu heç?
- Bəli, mən şəhərdə makiyajsız gəzməyi sevirəm. Mənim elə bir kompleksim yoxdur ki, ay mən müğənniyəm, hamı məni tanıyır və s. Daha da insanların içərisində rahat oluram. Elə vaxt olur ki, eynəksiz oluram. Çox vaxtı da şəhərə tək gedirəm. Mənim bu barədə komplekslərim yoxdur.
- Amma məşhurların çoxu sizin kimi fikirləşmir...
- O, onların öz fikirləridir. Söhbət məndən gedirsə, yenə də deyirəm məndə bu kimi hallar olmur.
- Zinət əşyaları ilə aranız necədir?
- Bəzən istifadə edirəm, amma çox az. O da baxır getdiyim yerə. Elə məkanlar olur ki, istifadə edirəm, elə məkanlar olur ki, ehtiyac olmur.
- Uzun zamandır eyni saç stilindəsiz. Nə vaxt dəyişiklik görəcəyik imicinizdə?
- Mən bu saç stilini çox sevirəm. Hələ ki bir müddət bu cür gəzəcəyəm. Amma sabah bilmirəm necə ola bilərəm. Mənim hər dəqiqə ağlıma bir şey gəlir (gülür). Stilistlərlə çalışsam da, yekun qərarı özüm verirəm.
- Sevdanın gecə həyatı varmı?
- Xeyr, mənim gecə həyatım yoxdur. Mən yalnız axşamlar ən yaxın dostlarımla görüşə bilərəm. Görüşəndə də gecə klublarında yox, digər istirahət yerlərində görüşürük.
- Gecə klubuna getməyə həvəsiniz yoxdur, yoxsa vaxtınız?
- Yox, həm vaxtım yoxdur, həm də adam çox istəsə, vaxt tapa bilər. Deməli, marağım yoxdur. Klublar da biz gənclər üçündür. Gecə klubuna gedən insanlara da pis baxmıram.
- Sevda, şəxsi həyatınızda nə kimi dəyişiklik var?
- Onu deyə bilərəm ki, mən çox xoşbəxtəm. İlk öncə, sevilirəm və sevirəm. Çox sevinirəm ki, insanlar da məni çox sevirlər. Bu sevgi qarşılıqlıdır.
- Sizi tez-tez gəlinlik geyimində də görürük. Sevənləriniz sizin xoş gününüzü də arzulayır...
- O günü mən sizə də arzu edirəm. Allah bütün subaylara xoş gün nəsib etsin. Bu haqda danışmayacağam. İnşallah, o qismətdir. Yəqin ki hansısa günə yazılıb.
- Gözə inanırsız?
- İnanclara inanıram. Gözdü, nəzərdi bilirəm ki, bu cür inanclar var.
- Bəs necə qorunursuz bunlardan?
- Evə gedəndə başıma üzərlik fırlayıram (gülür). Zarafat edirəm, o hərdən olur.
- Sevda sənətdə rəqabət çoxdur, yoxsa dostluq?
- Valllah, bu dəqiqə hamının başı işə qarışıb. Həqiqətən də, bizim işimiz çətindir. Mən bütün həmkarlarıma uğurlar arzu edirəm. Sənətdə dostluq da var, rəqabət də.
Oxsar Xeberler: