Ürəklərə yorğan kimi bürünüb
Hər ürəkdə gizli yatan sevda var
Qıraqdan baxanda şirin görünüb
Axı niyə acı dadır sevdalar?
Bu sevda yolları elə yoldur ki,
Nə səmti, nə də ki, yönü görünməz
Və ən əsası da, pis bir haldır ki,
Əvvəli olmamış sonu görünməz
Sevərsən sən onu görən gözünlə
Özgə gözəllərə gözün kor olar
Ömrünün gənc vaxtı dərin hüzünlə
Sevərsən dilin lal, qulaq kar olar
Vəziyyətdən heç cür çıxa bilməzsən
Başına durmadan çoxlu dərd yağar
Sən özün dünyaya sığa bilməzsən
Sevən ürəyinə bir dünya sığar
Kədəri sevincdən bir xeyli çoxdur
Ürəyin nə hayda, ağlın nə hayda?!
Bu yolun geriyə dönüşü yoxdur