Qeydiyyat

Əncir yedikdən sonra 1 stəkan su içmək nəyə faydalıdır?

995
Əncir yedikdən sonra 1 stəkan su içmək nəyə faydalıdır?


Əncir A, E, K vitaminləri və sağlamlıq üçün vacib olan kalium, kalsium və antioksidant kimi minerallarla zəngin meyvədir.

Dietoloq Melike Şeyma Deniz əncir yedikdən sonra bir stəkan su içməyi tövsiyə edib. Mütəxəssis qeyd edib ki, qan təzyiqi balansı üçün iki vacib mineral: natrium və kalium əncirdə boldur:

"Xüsusilə meyvə-tərəvəz az yeyən, daha çox hazır yeməklərə üstünlük verən insanlarda natriumun miqdarı artdığı halda kalium çatışmazlığı görülə bilər. Belə qidalanma hipertoniyaya, başqa sözlə, yüksək qan təzyiqinə səbəb ola bilər. Kaliumla zəngin olan əncir qan təzyiqini balansda saxlamağa kömək edir. Eyni zamanda tərkibindəki sellüloza sayəsində bağırsaqların işini yaxşılaşdırır və şirniyyat istəyinin nəzarətdə saxlanmasına təsir edir. Əncir yedikdən sonra bir stəkan su içməyi unutmayın. Çünki əncirdən sonra içdiyiniz su bağırsaqlarınızı daha təsirli işlədir".

Dietoloq əlavə edib ki, əncir zəngin antisionin tərkibi sayəsində kollagen istehsalını artırır və dəri sağlamlığına təsir göstərir. Beləliklə, qocalma əleyhinə də effektivdir.

Həm təzə, həm də qurudulmuş əncir sellüloz və antioksidantlarla zəngindir, hər iki şəkildə yeyilə bilər. Lakin mövsümdə təzə yetişmişini yemək su və şəkər balansı baxımından əhəmiyyətlidir.
Bolme: Saglamliq
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: