Dünya şöhrətli supermodel Cici Hədidin bacısı Bella Hədid məşhur jurnallardan birinin üz qabığı üçün poza verib.
Türkiyə mətbuatına istinadən bildirir ki, gənc model jurnala şəkildə mükəmməl düşməyin sirləri barədə danışıb. O söyləyib ki, mükəmməl şəkil çəkdirməyin sirri poza verəndə səni xoşbəxt edən anları düşünməkdir, bu anda özündən asılı olmadan üzündə təbii gülümsəmə yaranacaq və şəkillər təbii alınacaq.