Həftənin ilk iş günü dəyişik, təravətli görünmək üçün özünüzə qulluq edin. Bunun üçün bazar günü 1 saatınızı ayırıb, dəriniz üçün xeyirli maskalar hazırlayın.
Sizi gözəl göstərəcək 5 əsas üsulu təqdim edir:
1. Kartoflu cəfəri maskası
Kartofu sürtgəcdən keçirib, içərisinə xırda doğranmış cəfəri əlavə edin. Soyuducuda 2 saat saxladıqdan sonra üzünə çək. 20 dəqiqə saxladıqdan sonra yu.
2. Kosmetik qalıqları təmizləyəcək maska
Kosmetikanı sildiyin salfeti soyuducuya qoy. 2 saat saxladıqdan sonra soyuq salfetləri üzünə düz. 15-20 dəqiqə saxladıqdan sonra üzünü həmin salfetlərlə sil.
3. Özünümassaj
Barmaqlarınla üzünü massaj et. Massaja yanaqlarının altından başla. Çalış massaj edərkən dərini yuxarı doğru dart. Bunu 15 dəqiqə davam etdir.
4. Soyuq qaşıqlar
Çay qaşığını soyuducunun buz yerinə qoy. Axşam yatmazdan əvvəl qaşığı gözünün altına qoy və hərarəti dəyişənə qədər saxla. Bu qara kölgənin getməsinə kömək olacaq.
5. Çaylı kompres
Axşamdan dəmlənmiş çayı tənzifin arasına töküb, soyuducuda saxla. Səhər üzünü yuduqdan sonra onunla silib işə yollan.