Gəlsəydin ... Bahar olacaqdı... demişdim, yaşıl geyəcəkdi hər gül hər çiçək. Yox gülüm! Gül yox... Çiçək də yox axı kimi sevəcək?! kimi səsləyəcək? Hər gecə günəşin gedən zamanı... Sənli gəlib sənsiz gedən bu yazı, baharı Kim sevəcək?
Gəlsəydin... Sabah olacaqmış qırmızı pəncərələrdə. Kim bilir harda Sabah da darda Saat da darda Gəlsəydin... gəlsəydin... Dönüb öz ruhundan lap da mələk ola bilsəydin Oyada bilməyəcəkdin sən Yatmış taleyi Dirinin gözündə ölü görsənən batmış taleyi
Gəlsəydin... Qüssə də, kədər də, qəm də Bitəcəkmiş sən gələn dəmdə Gözümün bir gülüş borcu variymış Səsimin bir qurtuluş... Bitən deyilki, Hər addım yerində əkdiyin bu dərd itən deyilki Sən mənim üçün hətta ölsəydin......