Ucarda qətl törədilib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.
Rayon sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Ramil Nəsirov toy günü həyat yoldaşı, 1999-cu il təvəllüdlü Səbinə Rəhimovanı bıçaqlayaraq öldürüb.
Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.
Hadisəni törədən R. Nəsirov saxlanılıb.
Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.