Nazına naz qatıb,ədasın çəkdim
Könlümü qəlbimi tək ona verdim
Sevmək belə olur ?gör necə sevdim
Özüm özlüyümdə deyiləm daha
Görməsəm rahatlıq tapa bilmərəm
Ne deyir susuram kəlmə dinmirəm
Nədənsə inciyib küsə bilmirəm
Ümüdüm köklənib nurlu sabaha
Bəzən sətirlərdə alışırıq biz
Söz ilə kəlamla çağlar sevgimiz
Ayrı dolaşsaqda birdi qəlbimiz
Onu tapşırıram bir tək ALLAHA