Şübhəli şəxslər haqqında cinayət işi açılıb.
Məşhur türkiyəli müğənni Lerzan Mutlu onu təqib və təhdid edən üç şəxs barəsində prokurorluğa şikayət edib.
Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, əvvəllər də mübahisə yaşadığı Murat K. və Filiz E. adlı şəxslərin onu təqib etdiyini və getdiyi məkanlara gələrək aşağıdakı ifadələrlə təhdid edildiyini söyləyib:
“16 il həbsxanada yatdım. Gözəlliyindən və üzündən məhrum olacaqsan”.
Müğənni Figen B. adlı üçüncü şəxsdən isə “barmaqlarını kəsəcəyəm” kimi təhdid mesajları aldığını deyib.
Hər üç şübhəli haqqında cinayət işi açılıb.