Sevgi yoxdur deyib sevgidən qaçan,
Sevməyi bacarmır yalan uydurur.
Birini sevməkdən çox qorxan insan,
İmkansız sevgi tək bunu ad qoyur.
Mən özüm yaşadım gördüm sevgini,
Özümdə topladım çox böyük bilgi.
Bununla anladım sevgi dərsini,
Həyatda var imiş imkansız sevgi.
Heç kəsi sevmirəm deyib danışan,
Heç özü bilmədən sevir birini.
Sevgisini deməkdən qəlbi alışan,
Qorxur ki,cavab var imkansız sevgi.
Sözlərin sahibi bəlkə sevməyir,
Sevgini alçaldır öz nəzərində.
Təsəlli qazanır niyə bilmirəm?
İmkansız sevginin hər kəlməsində