İzmirdə evlərinin qarşısındakı parkda oynayarkən itkin düşən 10 yaşlı Ceylinin cəsədi 3 gün sonra qonşularının evində tapılıb.
Cəsədin tapılmasına səbəb isə qonşunun evindən pis qoxunun gəlməsi olub. Qonşuların müraciəti əsasında axtarış aparan polis Ceylin Atikin cəsədini sandıqda tapıb. Qonşu isə uşağın yıxılaraq ölməsindən qorxduğu üçün cəsədi sandıqda saxladığını bildirib. Ceylin Atikin qatilləri həbs olunub.
Hadisənin baş verdiyi əraziyə toplaşan insanlar qatilin evini daşa basıb. Polisin havaya açdığı atəşdən sonra da insanları ərazidən uzaqlaşdırmaq çətinliklə mümkün olub.