Həzrət Muhəmməd Peyğəmbərin (s) ən böyük möcüzəsi nə olub?
Həzrət Muhəmməd Peyğəmbərin (s) möcüzələri çox olub. Məsələn, göydə Ayı işarə ilə bölməsi (şəqqül-qəmər), xəstələri sağaltması, cansız cisimləri dilə gətirib danışdırması, gələcəkdən xəbər verməsi və s. Amma bu möcüzələrin ən məşhuru Qurani-kərimdir. Çünki qalan möcüzələr müəyyən bir dövrün məhsulu olub və onları yalnız o zamanın adamları görüblər.
Quran isə Qiyamətə kimi dəyişməz qalan əbədi möcüzədir. 14 əsrdir ki, bu kitab dil səlisliyi, məntiqə uyğunluğu, bütün elmi kəşfləri qabaqlaması ilə dünyanı heyrətə gətirir. Böyük ədəbiyyatçilar, şair və alimlər Quran qarşısında öz heyranlıqlarını gizlətmirlər.