Hindistanda maraqlı hadisə baş verib.
Xalqın batil inancları sayəsində 8 yaşlı hindli uşaq dünyada məşhur olub. Uşağın doğuşdan bəri belindən fərqli tük yığını çıxıb. Yaşı artıqca həmin tük yığını quyruğa oxşamağa başlayıb. Anası onu kəsmək istəyərkən anidən vəfat edib. Bunu öyrənən hind xalqı uşağın "Meymun tanrısı" olduğunu bildiriblər. Ona tanrı gözü ilə baxır, hədiyyələr verirlər. Ölkənin müxtəlif yerlərindən bu uşağı görməyə gələnlər var. İnanclarına görə, onun quyruğuna əl vuran şəfa tapır. Uşağın özü isə bildirib ki, "Mən tanrı olmasam da, fərqli yaradılmışam".
Həmin uşağın fotolarını təqdim edirik: