Fotosuna görən tənqid olunan azərbaycanlı aktrisadan sərt cavab
Nyu-Yorkda üç polislə foto çəkdirərək paylaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə onu tənqid edənlərə sərt cavab verib.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, son dövrlər irqçilikdə günahlandırılan polis təşkilatına dəstək olaraq qiymətləndiriən fotoya görə Nəsrinə sosial şəbəkədə təzyiq edilib.
Aktrisa isə "Dərin deyilsən. İntellektual deyilsən. Sənətçi deyilsən. Tənqidçi deyilsən. Şair deyilsən. Sadəcə internetə daxil ola bilirsən, bu qədər! Aid olduğunuz yerdə qalın, yəni mənim fotolarımın altında...” yazaraq onlara cavab verib.