Evə girib qadını boğdu, oğlunu isə bıçaqladı –Şirvanda
Quldurluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini ələ keçib.
Senisevirem.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən bildirir ki, ötən gün Şirvan şəhərində yaşayan Mətanət Salahovanın evinə qarət məqsədilə girən naməlum şəxs səs-küyə oyanan ev sahibini boğmağa cəhd göstərib, oğlu Elbrusa bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov tutulub.
Oxsar Xeberler: