Qeydiyyat

Bunlar qaraciyər piylənməsinin qarşısını alır - DİQQƏTLİ OLUN

1 204
Bunlar qaraciyər piylənməsinin qarşısını alır - DİQQƏTLİ OLUN


Qaraciyər piylənməsinin səbəbləri və əlamətləri
Bir çox insan qaraciyər piylənməsindən əziyyət çəkir. Çoxları bu problemin fərqinə belə varmır. Lakin səbəbsiz heç nə olmur. Senisevirem.az qaraciyər piylənməsinin səbəbləri, qarşısının alınması ilə bağlı məlumatları təqdim edir.

Qaraciyər piylənməsinin səbəbləri arasında qarın bölgəsindəki həddən artıq yağlanma ilk yerdə durur. Qaraciyər piylənməsi piylənmə ilə əlaqəlidir. Ancaq bədənin orta bölgəsindəki həddən artıq yağ qaraciyərin piylənməsi olmasa belə, yağlanmasına səbəb ola bilər.

Həddən artıq işlənmiş qida yemək də qaraciyər piylənməsinin səbəbləri sırasındadır. Peçenye, çörək, makaron, tort kimi işlənmiş karbohidratları çox yemək qaraciyərdə daha çox yağ yığılmasına gətirib çıxarır. Həddən artıq karbohidrat qəbul etdikdə qaraciyərdəki yağ nisbəti bir neçə həftə ərzində 27%-ə qədər arta bilər.

İnsulin müqaviməti və diabet də qaraciyəri piyləndirir. Diabet xəstəsisinizsə, qaraciyərinizdə yağlanma riski var. Xüsusilə 2-ci tip diabetik və metabolik sindromunuz varsa, bu risk yüksəkdir. Bu xəstəliklər qaraciyərin daha çox yağ depolamasına səbəb olur.

Qaraciyər piylənməsinin əlamətləri

- Qarnın sağ tərəfində və ya mərkəzində şişlik, həssaslıq, ağrı hissi varsa, bu, qaraciyərinizlə əlaqədar problemə işarə ola bilər. Ancaq bu vəziyyət həzm sistemi ilə də əlaqəli ola bilər. Həkimə müraciət etməyinizdə fayda var.

- Yüksək insulin, triqliserit və qaraciyər fermenti səviyyələri də piylənmənin əlamətləri sırasındadır. Qaraciyər piylənməsi ümumiyyətlə, özünü əlamətsiz göstərir, əsasən analiz və müayinələrlə ortaya çıxır.

- İştahsızlıq da bu problemin əlamətləri sırasındadır. Qaraciyər piylənməsi irəlilədikcə simptomlar daha ciddi və diqqətəçarpan hala gəlir. İştahsızlıq ilk simptomlardan birdir.

- Gözlərdə və dəridə saralmalar hiss edirsinizsə, narahat olmağa dəyər. Çünki qaraciyər hüceyrələrinin məhviylə yarana bilən hepatit dəridə və gözün ağ qisimlərində saralmağa səbəb olur.

Qaraciyəri qorumaq üçün nə etmək lazımdır?

Karbohidratı azaldın

Karbohidratlar, xüsusilə işlənmiş qidalar qaraciyər yağlanmasına səbəb olur. Qaraciyərinizin sağlam olmasını istəyirsinizsə, karbohidratları tam taxıllı qidalarla əvəz edin. Araşdırmalardan biri sübut edib ki, bəzi pəhrizlər qaraciyər yağlanmasını ciddi nisbətdə azaldır.

Yaşıl çay için

Aparılan araşdırmalar yaşıl çayda olan antioksidantların qaraciyər yağlanması və iltihabını azaltdığını göstərib.

Sağlam yağlar və lifli qidalar yeyin

Qaraciyərinizdəki yağı azaltmağa çalışarkən yağ qəbul etmək sizə qəribə görünə bilər. Ancaq bütün yağlar eyni deyil. Avokado, zeytun yağı, fındıq və fıstıqlarda olan təkli doymamış yağların qaraciyər piylənməsini azaltdığı müşahidə edilib. Eyni şey lifli qidalar üçün də etibarlıdır.

Aktiv həyat tərzi

Qaraciyər piylənməsi və digər qaraciyər xəstəlikləri piylənmə ilə əlaqəli ola bilir. Buna görə də qaraciyər problemlərinin qarşısını almaq istəyirsinizsə, əvvəlcə çəkinizi idarə edin. Bunun üçün fiziki fəaliyyət və aktiv həyat tərzi mühüm rol oynayır.
Bolme: Saglamliq
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: