Böyük Britaniyadan olan dizayner Tina Qoryank qeyri-adi layihəni reallaşdırmağa hazırlaşır.
Həmkarı mərhum dizayner Aleksandr Makkuinin dərisindən paltarlar, ayaqqabılar və əl çantaları hazırlayacaq. Bunun üçün Tina Makkuinin 2010-cu ildə öz kolleksiyasında istifadə etdiyi saçlarından DNK nümunələri götürəcək və mərhum dizaynerin dərisinin klonunu yaradacaq. Daha sonra süni dəridən paltarlar hazırlanacaq.
O, bu fəaliyyəti ilə həmişə qeyri-adi yaradıcılıq üslubu ilə fərqlənən Makkuini yaşatmağa çalışdığını bildirir.
Aleksandr Makkuin moda dünyasında əcaib formalı ayaqqabılar və paltarlarla yenilik edirdi. O, 2010-cu ildə öz evində asılmış vəziyyətdə tapılıb.