Qeydiyyat

Borc haqqında bilmədiyiniz 10 maraqlı fakt

1 304
Borc haqqında bilmədiyiniz 10 maraqlı fakt


1. Qədim Yunanıstanda borc verən gedib borc götürənin torpağında xüsusi lövhə qoyurdu. Bu lövhə ipoteka adlanırdı. İpotekanın mənası bu idi ki, borclu vaxtında pulu qaytara bilməsəydi, torpaq kreditorun adına keçirdi.

2. 1827-ci ildə Əlcəzair hökmdarı fransız səfiri borcunu ödəmədiyinə görə milçəköldürənlə vurmuşdu. Bu hadisə 3 il sonra Fransanın Əlcəzairi işğal etməsinə bəhanə olmuşdu.

3. Hindu qəbiləsindəki bir adətə görə, borc götürən girov əvəzinə öz adını qoyur. Borc ödənənəcən qəbilədəkilər həmin adama jestlərlə və anlaşılmaz səslərlə müraciət edirlər. Yəni adını çağırmırlar.

4. Çörçill deyirdi: "Dövlətin reputasiyasını borc götürə bildiyi məbləğ müəyyən edir".

5. Orta əsrlərdə Roma papaları faizə borc verməyi qadağan edirdilər. İnsanların maddi durumundan istifadə edib varlanmaq qorxunc günah hesab edilirdi. Buna görə 1179-cu ildə III Aleksandr sələmçiləri islaholunmaz günahkarlar elan etmişdi. Belələri hətta öləndə də müqəddəs yerlərdə deyil, kənarda dəfn edilirdilər.

6. Orta əsrlərdə İngiltərədə bir qanun var idi ki, borca görə həbs qərarı çıxarılmış adamı evində həbs etmək olmazdı. Onu həbs etmək üçün evdən çölə çıxmağını gözləmək lazım idi.

7. Orta əsrlər fransız komediyasında varlı adam ondan qoyun oğurlamış çobanı məhkəməyə verir. Məhkəmə zamanı varlı adam çobanı unudaraq onun vəkilini danlamağa başlayır. Sən demə, vəkil də ona borclu imiş. Hakim mübahisəni kəsərək deyir: "Qayıdaq bizim qoyunlara".

8. Rusiyada qədim vaxtlarda bir adət mövcud idi: borclu borcu qaytara bilməyəndə ona izdihamın içində işgəncə verirdilər ki, başqaları dərs götürsün.

9. Borclularla rəftarın ən sərt üsulunu öz "İlahi komediya"sında Dante göstərib. Əsərdə onlar üçün cəhənnəmdə ayrıca yer ayırıb.

10. Bir çox ölkələrdə borclar irsən alınır.
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: