2017-ci ilin yanvarında Detroyt avtosalonunda yeni Mercedes-Benz E-Class kupesinin dünya premyerası baş tutacaq.
kupenin qabarit uzunluğunu 4826 mm, eni isə 1860 mm, hündürlüyü isə 1430 mm təşkil edir. Təkər bazasının ölçüsü 2873 mm-dir. Avtomobilin eksteryeri E-Class yeni nəsil sedanının stilistikası əsasındadır, interyer isə sedandan götürülüb. Top variantlar üçün 2 ədəd 12,3 düymlük displey təqdim edilir. Onlardan biri rəqəmsal alət panelidir, digəri isə məlumat-əyləncə kompleksi ekranıdır.
Təqdim olunan təchiazat siyahısına 210 km/saat sürətə qədər çalışan adaptiv kruiz kontrol, smartfonla məsafədən idarə imkanı ilə avtomatik parkinq sistemi, eləcə də 84 LED-elementlərlə Multibeam baş işıq "ağıllı" fənərləri daxildir. 184 (E200 versiyası), 254 (E300) at gücü ilə ikilitrlik benzin "turbo-dördlüyü", eləcə də, ikilitrlik 194 at güclü dizel mühərriki təqdim edilir. Bundan əlavə, yenilik üçlitrlik 333 at güclü (E400 4 Matic) V6 tvin-turbo aqreqatı təklif ediləcək.
Yeni avtomobilin Avropa və Şimali Amerika satışları 2017-ci ilin yayında start götürəcək.