ABŞ prezidenti Barak Obamanın kiçik qızı Saşa restoranda işə düzəlib. Bu hadisə böyük marağa səbəb olub.
Boston Heral qəzeti yazır ki, 15 yaşlı Saşa Birləşmiş Ştatların Martas-Vinyad adasındakı Nense balıq restoranında işləyir. Onun iş vaxtı 7:30-da başlayır və 11:30-da bitir. Saşa kassa aparatında işləyir. Bundan əlavə o, restoranda hazırlıq işlərinin aparılmasında iştirak edir və masaları təmizləyir.
Məlumatda qeyd edilir ki, Obamanın qızının təhlükəsizliyinin təmin edilməsi ilə xüsusi xidmət orqanlarının 6 əməkdaşı məşğul olur. Mühafizəçilər maşında və restoranın yaxınlığındakı skamyalarda keşik çəkirlər.