Qeydiyyat

Gündəlik Bürclər 26.07.2023 - ( 26 iyul 2023 Günlük Bürclər )

789



Gündəlik Bürclər 26.07.2023 - ( 26 iyul 2023 Günlük Bürclər ),

Günün qoroskopu: Səhhətinizin qeydinə qalın.

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - sizə maraqlı təsir bağışlamayan işlərdə belə, uğura nail ola bilərsiniz. Bütün diqqəti önəmli məsələlərə yönəldin. Detallar və təfərrüatları gözdən qaçırmayın. Xeyli əvvəl əldə etdiyiniz təcrübə karınıza gələcək. Yaxın ətrafınızdakı insanlar bilik və bacarıqlarınızı, dünyagörüşünüzü dəyərləndirəcəklər.

Axşam saatları yaxınlarınızla təmaslar, ailəvi tədbirlər üçün əlverişlidir.

İnsanların gur olduğu yerə getməyin. İzafi diqqət sizi usandıracaq.

Buğa - gün sakit keçəcək. Vurnuxmalar, təlaşlar, ciddi problemlər olmayacaq. Bir zamanlar məhsuldar əməkdaşlıq etdiyiniz insanla münasibətləri bərpa edə bilərsiniz. Unutmalı olduğunuz insanla təmasları yenidən gündəmə gətirməyin. Hisslərinizi araşdırın, nə istədiyinizi konkretləşdirin.

Günün ikinci yarısı səfər və ya səyahət üçün sərfəlidir. Yolda sərf etdiyiniz vaxt sizi yormayacaq, usandırmayacaq. Müqavilə və anlaşmalar üçün əlverişli zamandır.

Alış-verişdə simiclik etməyin.

Əkizlər - gün problemlər və çətinliklərdən xali deyil. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin. Orijinal qərarlar, məqsədə doğru qeyri-adi irəliləyiş sizə uğur qazandıracaq. Yaxın ətrafınızdakı insanların əksəriyyəti sizi anlamır, dəstəkləmirlər. Amma ağır situasiyalarda ruhdan düşməyib geri çəkilməsəniz, nailiyyətləriniz ciddi olacaq.

Sevdiyiniz insanla münasibətlərdə günün ikinci yarısında problemlər yarana bilər. Qısqanclıq harmonik münasibətlərə zərbə vurmamalıdır. Dəvət aldığınız tədbirdə diqqət mərkəzində olacaqsınız. Naqolay vəziyyətə düşməməyə çalışın.

Xərçəng - çətinliklər və problemlər istisna deyil. Gün uğurlar vəd edir. Kəskin zərurət olmadığı situasiyalarda riskə getməyin. Mənasız və səbəbsiz itkilərə yol verməyin. Maliyyə məsələləri ilə bağlı qərarlar vermək, alış-verişdə böyük məbləğdə pul xərcləmək məsləhət deyil.

Günün ikinci yarısında şəxsi münasibətlər və ya yaşam tərzinizlə bağlı məsələləri yaxınlarınızla müzakirə edin. Mühüm məsələləri etibarlı adamla müzakirə etmək olar. Eqoizm və təşəxxüsün, təkəbbürün istənilən formada izharı ciddi problemlər yarada bilər. Səhhətinizə fikir verin. Ağrılar yaranarsa, həkimə müraciət edin. Türkəçarə üsulları seçməyin.

Şir - günün ilk yarısı önəmli işlər üçün əlverişli deyil. Cari və rutin məsələlərin həlli ilə məşğul olun. Bir qədər əvvəl başladığınız işi başa vurun, yarımçıq layihələri bitirin. İşdə və evdə qayda yaratmaq gərəkdir. Ən müxtəlif layihələrin gerçəkləşdirilməsi istiqamətində ilk addımları atın. Praktiki davranın, məqsəd və hədəfləri konkretləşdirin.

Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Yaxınlarınızla münasibətləri harmonik edin. İxtilaf və qarşıdurma riskini minimuma endirin. Ən həssas insanlar belə sizi soyuqqanlı və qaba davranışda suçlamamalıdır.

Qız - günün ilk yarısı nisbətən sakit keçəcək. Həddən artıq əhəmiyyətli, mühüm hadisələr baş verməyəcək. Saatlar keçdikcə problemlər ağırlaşır xoşagəlməz olay riski artır. İşdəki mühit ürəkaçan deyil. Rəhbərlik və həmkarlarla vacib məsələləri müzakirə etməyə dəyməz. Cəsur ideyaları, ekstravaqant planları gündəmə gətirməyin. Sizi anlamayacaqlar.

Günün ikinci yarısı müstəqil çalışmaq və yaradıcılıq fəaliyyət üçün əlverişlidir. Situasiyadan tez baş çıxarmağa çalışın. Həddən artıq diqqət tələb edən işlərlə başlamaq olar. Ünsiyyət isə sizi sevindirmək əvəzinə yoracaq.

Tərəzi - günün ilk yarısında önəmli işlərə və ya genişmiqyaslı layihələrə başlamaq məsləhət deyil. Rutin işlərlə məşğul olun, cari məsələləri həll edin. Maraqlı ideyalardan birini reallaşdırmağa hazırlaşın.

Saatlar keçdikcə işgüzar aktivliyin səviyyəsi artacaq. Enerjinizi gərəkli istiqamətə yönəltsəniz, yaxşı nəticələr hasil edəcəksiniz.

Günün ikinci yarısında önəmli saydığınız işlə məşğul olmaq olar.

Axşam saatları dostlarla görüş və ailəvi tədbirlər üçün əlverişli zamandır. Sevdiyiniz insanları həddən ziyadə tənqid etməyin. Narazılığınızı pərdələməyə, ört-basdır etməyə çalışın. Həlim və qayğıkeş olmayın.

Əqrəb - günün ilk yarısı çətin, xüsusi diqqət tələb edən işlər üçün münasib zamandır. Detalları və xırda təfərrüatları nəzərdən qayırmayın. Səbrlə çalışın, sakit davranın. Ötən həftə başladığınız işi bitirin. İndi sonuca nail olmaq çətin deyil.

İşgüzar danışıqlar pis keçməyəcək.

Günün ikinci yarısında əhvalınızda dəyişikliklər, emosional diskomfort istisna deyil. Hisslərinizi nizama salın. Özünüzü həddən ziyadə tənqid etməyin. Çoxdan unutmağınız gərəkən kiçik səhvləri xatırlayaraq bədbinliyə qapılmayın.

Oxatan - gərgin və mürəkkəb gündür. Yaxınlarınızla münasibətlərinizi qoruyun, təmasların sərinləməsinə imkan verməyin. Fikir ayrılıqları və mübahisənin münaqişəyə çevrilmə riski böyükdür. Diqqətli, sərvaxt, səbrli olun. Zərurət yaranarsa, güzəştə getməyi bacarın.

Yaşıdlarınız və özünüzdən kiçiklərlə təmaslar zamanı qayğıkeş olun. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək.

Maraqlı ideyalar yaranacaq. Başladığınız işi başa vura bilərsiniz. İntuisiyanızın səsinə qulaq asın. Düşünülməmiş addımlar atmayın.

Oğlaq - müsbət təmayüllərin təsiri güclüdür. Nəzərdə tutduğunuz işi başa vura bilərsiniz. Müstəqil çalışın, kimsədən yardım və dəstək gözləməyin. Yaxın ətrafınızdakı insanlara da yardım etməyə çalışın. Nüfuzlu insanlarla danışıqlar və müzakirələr apara bilərsiniz. Dövlət qurumlarına baş çəkmək, sənədləşdirmə ilə məşğul olmaq üçün əlverişli zamandır.

Günün ikinci yarısında yaxınlarnız sizi xoş xəbərlərlə sevindirəcəklər. Ailə üzvlərinin sizə sürprizi var. Səyahətə və ya səfərə yollanmaq olar.

Yol sizə müsbət emosiyalar vəd edir.

Dolça - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Mühüm danışıqlar, müzakirələr, təhlillər üçün pis zaman deyil. Böyük ümidlər bəslədiyiniz məsələni rəğbət bəslədiyiniz insanla təhlil edə bilərsiniz. Başqalarına sürəkli yardım edərək öz işlərinizi unutmayın.

Səhhətinizin qeydinə qalın.

Günün ikinci yarısı yaşam tonusunun səviyyəsinin aşağı düşməsi zamanına çevrilə bilər. Yorucu, usandırıcı işlərlə məşğul olmayın.

Alış-verişdə çox pul xərcləməyin. Bədxərclik ciddi problemlər yarada bilər.

Balıqlar - günün ilk yarısı istənilən səviyyədə işgüzar danışıqlar aparmaq üçün əlverişlidir. Peşəkar fəaliyyət müstəvisindəki məsələlərlə bağlı müzakirələr aparmaq, fəaliyyət planı hazırlamaq olar. Yanınızda etibarlı müttəfiq olarsa, pis deyil. Yeni tanışlara hələlik etibar etməyin. Onlar çox vədlər verəcək, amma sözlərinin üstündə durmayacaqlar.

Məşğul olmağa hazırlaşdığınız işi qəflətən yarımçıq qoyaraq səfərə yollanmayın.

Mənəvi dəstəyə və yardıma ehtiyacı olan insanlar günün ikinci yarısında sizə can atacaqlar. Onların müraciətlərini qulaqardına vurmayın.

Problemlər olsa da, emosional durumunuz tezliklə düzələcək.


Bolme: Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: