Qeydiyyat

Gündəlik Bürclər 14.07.2023 - ( 14 iyul 2023 Günlük Bürclər )

237


Gündəlik Bürclər 14.07.2023 - ( 14 iyul 2023 Günlük Bürclər ),

Günün qoroskopu: Şəxsi münasibətlərdə təşəbbüskar olun.

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - aktiv fəaliyyətə başlamazdan əvvəl ətrafınıza nəzər salın. Addım və qərarlarınızın yaxınlarınıza, tanışlarınıza zərər vermədiyinə əmin olun. Yanlışlıqların fəsadları ağır ola bilər. Sözlərinizdə diqqətli olun. Önəm verdiyiniz insanın xətrinə dəyməyin, onun qəlbini qırmayın.

Günün ikinci yarısı yaradıcılıq fəaliyyəti üçün pis deyil. Yeni biznes layihəyə başlamaq olar. Önəmli sərmayə tələb edən layihəni etibar etdiyiniz insanla müzakirə edin.

Buğa - işlərin axarı pis deyil. Qətiyyətli və iradəli davransanız, gerçəkdən də, ciddi irəliləyişə nail ola bilərsiniz. Köhnə dostlar yanınızda olacaqlar. Onlar məsləhətlərini, zərurət yarandığı təqdirdə isə yardımlarını əsirgəməyəcəklər. İşgüzar danışıqlarda irəliləyişlər olacaq.

Şəxsi münasibətlərdə harmoniyaya nail olmaq üçün səy göstərməli olacaqsınız. Ağır saatlar yaşanacaq. Ailə üzvləri ilə təmaslarda xüsusilə diqqətli olun.

Axşam saatlarında aktiv istirahəti seçin.


Əkizlər - uğurlu, qarşınızda yeni üfüqlər yaradan gündür. Məqsədəuyğun şəkildə çalışın, tənbəlliyə qapılmayın. Yeni işlərə başlamaq olar. Mühüm və həlli çətin məqamları müəyyənləşdirin, təşkilati məsələləri həll edin. Liderlik məziyyətlərinizi nümayiş etməkdən çəkinməyin.

İşdə həmfikirlərlə birlikdə maneəni dəf etmək olar. Kollektiv fəaliyyətdə xeyir var.

Çətinlik çəkmədən yaxınlarınızla dil tapın. Ciddi mübahisə və ya fikir ayrılıqlarının səbəbkarı olmayın. Axşam saatlarında xoş sürprizlər, romantik görüş istisna deyil.

Xərçəng - kiçik məsələlərə və xırda problemlərə görə əhvalınızı pozmayın. Diqqətli və qətiyyətli olsanız, həmin çətinliklərin öhdəsindən gələcəksiniz. Səfər, köç, iş yerini dəyişmək üçün münasib zamandır. Yeni sahədə və ya müstəvidə özünüzü sınaya bilərsiniz.

Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Aktiv, enerjili olun. Problemlərin sayı sizi bihal etməsin, yorğunlaşdırmasın. Yaşam tərzinizi normallaşdırın.

Yeni rejimə uyğunlaşmaq çətin deyil.

Şir - günün ilk yarısı çətinliklərdən xali deyil. Əsəbi, emosional, qıcıqlı olmayın. Hisslərinizin əsirinə çevrilməyin.

Dəyər verdiyiniz insanlardan biri ilə kəskin mübahisə edərək əlaqələri gərməyin.

Günün ikinci yarısı danışıqlar və müzakirələr üçün əlverişli deyil.

Lakin saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Problemlər həllini tapacaq, situasiya stabilləşəcək. Axşam saatları uğurludur.

Sevdiyiniz insanla birlikdə olun.

Qız - uğursuzluqlar, ciddi problemlər ola bilər. Şəxsi münasibətlərdə sərvaxt davranın. Yaxın ətrafınızdakı insanların məsləhətlərini birmənalı olaraq qulaqardına vurmayın. Həmin məsləhətlər arasında faydalı olanlar da var. Maliyyə çətinlikləri istisna deyil. Anlaşma, sövdələşmə və müqavilələr üçün əlverişli zaman deyil.

Yaxınlarınızla dil tapmağa çalışın. Onlar planlarınızı bəyənmir, mövcud situasiya ilə bağlı mövqelərinizi yanlış sayırlar. Münaqişələrə imkan verməyin, ixtilafları aradan qaldırın.

Tərəzi - işgüzar fəaliyyət üçün əlverişli gündür. Həmkarlarla dil tapın, peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli irəliləyişlərə nail olmağa çalışın. Başqalarının yalnız arzu etdiyi nailiyyətlərə qovuşun. Bütün bunlar təbii ki, tərəfdaşlar, sifarişçilər və ya işdəki rəhbərliyin diqqətini cəlb edəcək.


Vəzifəniz, maaşınız arta bilər.

Şəxsi münasibətlər müstəvisində də durum pis deyil. Olaylar sizi sevindirəcək. İndiyədək gərgin münasibətlərdə olduğunuz insanlarla dil tapmağa can atın. Həssas insanlara yardım edin. Ümidini itirənləri ruhlandırın.

Əqrəb - işdəki situasiya ideal olmasa da, təlaşa qapılmayın, təşvişə düşməyin. Yaranan çətinliklərin öhdəsindən gəlməyə çalışın. Həmkarlarla mübahisələr sizi sinirləndirməsin. Haqlı olduğunuzu sübut edin. Fikir və mövqelərinə sayğı bəslədiyiniz insanlarla sərt danışmayın.

Mühüm qələbələrə nail olmaq çətindir.

Ailədə kiçik anlaşılmazlıqlar yarana bilər. Yaxınlarınızın bəziləri qərar və addımlarınızı tənqid edirlər.

Amma aqressiv olmayın. Yaxınlarınızla səmimi, qayğıkeş davranın.

Oxatan - çətin, qarışıq gündür. Ağır problemlərin həllində qıvraq davranın. Yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Ötənlərdə əldə etdiyiniz bilik və bacarıqlar karınıza gələcək. Maliyyə məsələlərində müsbət dəyişikliklər olacaq.

Ailə üzvləri və qohumlar sizi dəstəkləyir, yardım etməyə çalışmayacaqlar. Ruhdan düşməyin, müstəqil işləyin. Kimsəyə bel bağlamayın.

Axşam saatlarına yaxın yeni müttəfiq tapa bilərsiniz.

Oğlaq - böyük və asan əldə ediləcək uğurlar olmayacaq. Zəhmət çəkməli, çalışmalısınız. Sakit oturmayın. Boşuna keçirilən saatlar xoş emosiyalar bəxş etməyəcək. Əksinə, böyük və kiçik uğursuzluqların təməli qoyulacaq. Astagəl olsanız, maliyyə problemləri və işgüzar tərəfdaşlarla ixtilaflar qaçılmazdır.

Günün ikinci yarısında uğurlarınıza sevinə bilərsiniz. Yaşam potensialının səviyyəsi aşağıdır. Səhhətinizdə problemlər, xroniki ağrıların kəskinləşməsi riskləri var. Tənəffüs sistemini qoruyun.

Dolça - rəvan və məhsuldar iş üçün əlverişli gündür. Səliqə-səhman, nizam, detallara diqqət tələb edən işlərdə səhvlərə yol verməyin. Yaradıcılıq fəaliyyətini ertələyin. Yeni ideyalar yoxdur, köhnə ideyalardan da yararlana bilmirsiniz. İşgüzar təkliflər ala bilərsiniz. İlk baxışdan onlar maraqlı və sərfəli təsir bağışlasalar da, əslində belə deyil. Razılaşmağa tələsməyin.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Maraqlandığınız insana doğru ilk addım atın. Cazibədar insanla tanış ola bilərsiniz.

Axşam saatlarına yaxın xroniki ağrılar kəskinləşə bilər. Gözlərinizdə ağrılar istisna deyil.

Balıqlar - bütün işləri sürətlə görməyə və vaxtından əvvəl başa vurmağa çalışmayın. Hazırda ən mühüm olan məsələyə daha çox diqqət ayırın. Süst, astagəl, ahəstə davranış sənədləşdirmə və ya maliyyə işlərində ciddi problemlər yarada bilər. Dəqiqlik tələb edən hesablamalarda fikriniz yayınmasın. Məişət kimyası, lak və ya boya ilə təmasda olsanız, sərvaxt davranın.

Yaxınlarınızla münasibətləri sərinləşdirməyin. Son vaxtlar ünsiyyətində gərginliklər yaşayan adamla dil tapmağa çalışın. Ağır fiziki işlər görməyin.

Axşam saatlarında gəzintiyə çıxın.
Bolme: Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: