Qeydiyyat

Əl uyuşmasının səbəbi və xilas yolu - Karpal Tunel Sindromu nədir?

692


Əliniz uyuşursa, bəzi hallarda əlinizdəkilər düşürsə, barmaqlarınız hissiyyatsız və kobudlaşmış hiss edirsinizsə Karpal tunel sindromu ola bilərsiniz...

Karpal Tunel Sindromu nədir?

Milli.Az medicina.az-a istinadən bildirir ki, biləyin iç tərəfindəki sümük, əzələ, bağlar arasından əlimizə gələn sinir sıxışmasıdır. Sinirdə şişmə meydana gəlir, ödem inkişaf edir. Sıxılan sinirlər funksiyasını itirir. Xüsusi ilə əl barmaqlarında hissiyyat və hərəkət məhdudlaşır. Əl barmaqlarının hərəkət etdirən median siniri, 9 şaxəsi ilə birlikdə karpal boşluğundan keçir. Bu sinirin vəzifəsi baş barmaq, işarət barmaq və orta barmağın hərəkət və fəaliyyətini bərpa etməkdən ibarətdir.

Karpal Tunel Sindromunun simptomları

Əldə uyuşma, ağrı, gücsüzlük. İrəliləmiş olduqda əl əzələlərində ərimə olur. Gecə yatanda biləyimiz bükülü yatırıq. Beləliklə sinir sıxılması artır. Bu zaman insanların əllərində tutuqları tez-tez yerə düşür.

Karpal Tunel Sindromunun səbəbləri

Biləyi gücə salaraq işlə məşğul olmaq. Xanımların ev işləri də sindroma tutulma riskini artırır. Karpal Tunel Sindromunu ən çox 40-60 yaş arasında olan qadınlarda müşahidə olunur. Son zamanlar davamlı kompüter istifadəsi də bu xəstəliyə səbəb kimi göstərilir. Sindroma ən çox uzun müddət makinada, klaviaturada yazanlarda, tikiş tikən və ya toxuma ilə məşğul olan qadınlarda rast gəlinir. Bundan başqa xroniki şəkər xəstəsi, revmatid artrid xəstəsi, hipotriroid və artıq çəki, hamiləlik, şəkər xəstəliyi olan insanlarda daha çox müşahidə edilir.

Karpal Tunel Sindromunun müalicəsi

Dərmanlar təsirli olmaya bilər. Əməliyyatsız, dərmansız da müalicəsi mümkündür. Gündəlik həyatda icra edilən işləri nisbətən azaltmaq tövsiyə olunur. Sinir sıxışması bəlli mərhələyə çatanda sinirlər boşalır. Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq dərman müalicəsi, fizioterapiya və cərrahi müalicə icra olunur. Başlanğıc dönəmində əl biləyi hərəkətlərinin məhdutlaşdırılması və bilək ortezi istifadə etmək tövsiyə olunur. Dərmanlardan isə qeyri -steroid iltihab əleyhinə maddələr, vitamin B6, B12 , dopinq və steroidlər xəstəliyin simptomlarıni erkən mərhələdə yüngülləşdirir. Lazım olarsa bilək kanalı içərisinə inyeksiya olunan steroidlər sinir etrafındaki şişlikləri azaldaraq, simptomların yaxşılaşmasına yardımçı ola bilir. Ultrasəs, Tens, maqnitoterapiya və.s fizioterapiya növlərinin də faydası var.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: