Qeydiyyat

Toksiki şok sindromu nədir?

174


TŞS ilk dəfə 1978-ci ildə stafilokokk infeksiyalı 7 uşaqda aşkarlanmışdır. Ginekologiya sahəsinin mütəxəssisləri bu sindromla 2 il sonra rastlaşaraq, cavan qadınlarda sindromun inkişafının aybaşı zamanı superadsorbsiyaedici gigiyenik tamponlarla əlaqəsini qeyd etmişlər. Pasiyentlərin çox hissəsini 17-30 yaşlı qadınlar təşkil edir. Onların təxminən 50%-də sindromun inkişafı aybaşı ilə bağlıdır. 1/4 hallarda qeyri-menstrual TŞS doğuşdan sonrakı dövrdə Staphylococcus aureus daşıyıcılarında, 75% hallarda isə digər səbəblərdən (dəri və dərialtı infeksiyalaşma, tamponlama ilə aparılan əməliyyatlar) yaranır.Toksiki şok sindromuna müxtəlif orqan və toxumalara sistemli təsir göstərən ekzotoksin hasil edən mikroorqanizmlər - qızılı stafilokokk və A qrupundan olan piogen β-hemolitik streptokokk səbəb olur. Əksər hallarda müasir ginekologiyanın nəaliyyətləri, vaxtında aparılan diaqnostika və müalicə sayəsində stafilokokk mənşəli TŞS-li pasiyentlər 1-2 həftə ərzində sağalır, ölüm halları isə 2,6% təşkil edir. Hərarət və AT hospitalizasiya anından 2 həftə müddətində, laborator göstəricilər isə 7-14 günə normallaşır. Eritrositlərin səviyyəsi 4-6 həftədən sonra bərpa olunur. Streptokokk mənşəli toksiki şok zamanı letallıq yüksək olub, 50%-ə çatır.TŞS-in profilaktikası məqsədilə tamponların istifadə qaydasına və törədicilərin vaxtında aşkarlanması üçün doğuşlardan, ginekoloji əməliyyatlardan əvvəl müayinə protokollarına riayət olunmalıdır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: