Qeydiyyat

Bağırsaq spazmı haqqında bilmədikləriniz

169


Bağırsaq spazmı sərbəst nozoloji vahid olmayıb, MBT-nin funksional pozğunluğunun əlaməti kimi formalaşır. Qastroenterologiya sahəsinin aparıcı mütəxəssisləri həzm traktının bu cür fəaliyyət pozğunluqlarının gələcəkdə üzvi patologiyaya transformasiya edə biləcək premorbid vəziyyət və yaxud sadəcə əlamət olması barədə yekdil fikrə gələ bilməmişlər. Hər bir halda bağırsaq spazmına ciddi yanaşılmalıdır. Onun yaranma səbəbini vaxtında təyin etməklə mədə-bağırsaq sisteminin ciddi xəstəliklərinin qarşısını almaq mümkündür. Bağırsaq spazmı üçün tutmaşəkilli ağrılar xarakterikdir. Onlar bağırsaq motorikasının müxtəlif mexanizmlərinin pozulması ilə əlaqədar yaranırlar. Daxili orqanların digər patologiyaları ilə bağlı olmayan, vaxtaşırı təkrarlanan bağırsaq sancılarında uzun müddət sakitləşdirici preparatlar qəbul edilməli, qida rasionundan qızardılmış, kəskin, yağlı, hisə verilmiş məhsullar, qazlı içkilər, mayalı xəmirdən hazırlanmış məmulatlar və bəzi tərəvəzlər (paxlalı bitkilər, kələm, qarğıdalı, turp) çıxarılmalıdır. Proqnoz adətən qənaətbəxş olur. Yalnız kəskin cərrahi patologiyalar zamanı təhlükəli hallar yarana bilər. Bağırsaq spazmının profilaktik tədbirlərinə bu əlamətlə təzahür edən xəstəliklərin erkən diaqnostika və müalicəsi aiddir. Bağırsaq sancısının qarşısını almaq üçün sağlam həyat tərzi, rasional qidalanma, stress hallarının uzaqlaşdırılması məsləhət görülür.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: