İnsanlar fərqli xasiyyətlərə malik olduqları kimi hansısa mövzulara da başqa cür yanaşır, mövqe sərgiləyirlər. Ailə qurmaq və boşanmaq da fərqli baxış bucağı yaradan məsələlərdəndir.
Astroloqlar boşanmaları da bürclərlə bağlayıb və hətta vaxtaşırı nikah pozanların ulduz falını hazırlayıblar:
Qoç
Əksər insanlar Qoç bürcünün özünü çox vaxt əsl tiran kimi apardığı qənaətindədir. Təəssüf ki, bu, hardasa doğrudur - Qoçlar həyat yoldaşının hər addımını idarə edəcəklər. Bundan əlavə, Qoç bütün məsələlərdə öz haqlılığını inadla "təbliğ edir".
Oxatan
Oxatanlar çox impulsivdirlər və azadlıqlarını hədsiz sevirlər. Çox vaxt münasibətlərdə də tələsik qərarlar verirlər. Bu səbəbdən, zaman keçdikcə Oxatanlar evlilikdən məyus olur və tərəfdaşa olan maraqlarını itirirlər.
Dolça
Müstəqillik və azadlıq Dolçaların həyatında əsas məqsəddir. Onlara təzyiq etməyə başlayan kimi bütün əlaqələri kəsirlər. Münasibətlərdə bu bürcün nümayəndələri özlərini çox spesifik şəkildə aparırlar - bəzən elə gəlir ki, onların öz uydurma dünyaları var.
Oğlaq
Oğlaqlar işə çox dərindən qarışırlar. Onların həmdəmləri tez-tez diqqət çatışmazlığından əziyyət çəkir. Vəziyyət uzun müddət davam edərsə, boşanma qaçınılmazdır.
Əkizlər
Davamsızlıq və qərarsızlıq Əkizlərin və onların tərəfdaşlarının həyatını əhəmiyyətli dərəcədə korlayır. Yolda çətinliklər yaranan kimi bu bürcün nümayəndələri hər şeyi atıb rahat mühitə qayıdırlar. Münasibətləri xəbərdarlıq etmədən bir anda bitirməyə üstünlük verirlər.