Qeydiyyat

Hansı insanlar yuxularını idarə etməyi bacarır? - Bürclərin sehirli RÖYALARI

310


Yuxular bəzən reallıqdan xeyli uzaq olsa da, onların gerçəkləşdiyi hallar da az olmur. Lakin ümumilikdə yuxu gizli dünya olaraq qalmaqdadır və onunla bağlı hər şey hələ də elmə məlum deyil.

Bir çox hallarda insanların gördüyü yuxuları bənzərliklərinə görə qruplaşdırmaq mümkün olur. Xüsusən də, eyni bürcdən olan şəxslərin röyalarında oxşarlıqlara daha çox rast gəlinir.

Bürclərə görə daha çox görülən yuxuları təqdim edilir:

Qoç

Enerjili, istirahətlə elə də arası olmayan qoçlar yuxularında da hərəkət halında olurlar. Bu bürcün nümayəndələri daha çox yüksək sürətlə avtomobil idarə etdiklərini, yaxud macəra filmlərinə bənzəyən olayları yuxularında görürlər.

Buğa

Yuxu buğalar üçün həyatlarının ən xoşbəxt anlarındandır. Bu bürcün nümayəndələri yatarkən bütün problemlərdən uzaqlaşırlar. Onların sıxınıtları nadir hallarda yuxularına siraət edir. Buğalar adətən yuxularında özlərini dünyanın ləziz nemətləri ilə bəzədilmiş ziyafətlərdə, yaxud gözəl mənzərəsi olan yamyaşıl çəmənlikdə görürlər.

Əkizlər

Bu bürcün nümayəndələrinin yuxuları da özləri kimi anlaşılmaz olur. Onlar tez-tez özlərini bilinməyən dillərdə tanımadıqları insanlarla ünsiyyət qurarkən görürlər. Oyandıqda isə bilmədikləri dilə tanımaqdıqları qəribə insanlarla necə anlaşdıqlarını xatırlayır və uzun müddət buna təəccüb edirlər.

Xərçəng

Ailəcanlı xərçənglərin yuxuları da məişət həyatları və ya arzuları ilə bağlı olur. Onlar övladları olmasının yaxud evlliklərini yuxularında görürlər. Yaxud da xərçənglər röyalarında hələ dünyaya göz açmamış övladları ilə də danışa bilirlər.

Şir

Real həyatlarında olduğu kimi, yuxularında da şirlər bütün olayların baş rol müəllifi kimi görünürlər. Özlərini teatr səhnəsində mistik ssenarilərin aktyoru kimi xəyal edirlər. Təbii ki, bunu müşayət edən milyonlarla insanın sevinc bağırtıları və alqışları da şirlərn yuxularından uzaq olmur.

Qız

Bu bürcün nümayəndələri şirlərdən fərqli olaraq, yuxularında gündəlik həyatlarından tam fərqli formada davranırlar. Belə ki, qızlar həyatlarında daha çox çəkingən, arxa planda olan insanlar olsalar da, yuxularında bütün istədiklərini edən, qəlbindən keçənləri bağıran obraza bürünürlər və bundan həzz alırlar.

Tərəzi

Görüntüsünə diqqət edən və al-ver manyakı olan tərəzilər yuxularında da özlərini "şopinq" edərkən görürlər. Müxtəlif paltarları yoxlayır, istədikləri mağazaları gəzir və bunun dadını çıxarırlar. Yuxudan ayıldıqda isə bunun məyusluğunu yaşayırlar.

Əqrəb

Bu bürcün nümayəndələri dünyanın bütün sirlərinə vaqe olmağı arzulayırlar. Onlar bəzən kəşf etmək istədiklərii görüb-eşitməsələr belə bunun xəyalını qura və yuxularına yansıda bilirlər. Röyalarında heç vaxt ünsiyyətdə olmadıqları, yaxud ölmüş insanlarla ünsiyyət qururlar. Onların yuxuları qarabasmalarla zəngindir.

Oxatan

Macərapərəst oxatanların real həyatlarında qanadları olmasa belə, yuxularında tez-tez onlara malik olub, arzuladıqları yerlərə uçurlar. Yuxular aləmi oxatanlar üçün real həyatdan daha əyləncəli olur. Çünki röyalarında onların səyahət sevgisinə heç bir sərhəd mane olmur.

Oğlaq

Onlar yuxularında ya xəyalını qurduqları həyatı yaşayırlar, ya da hər zaman uzaq qaldıqları qorxularını. Xəyal qurmağa vaxt ayıra bilməyən bu bürcün nümayəndələri həmin boşluğu yuxularında doldururlar. Lakin bəzən işlər tərsinə çevrilir və bir andaca xəyallar aləmindən çıxıb, ən böyük qorxuları ilə üzləşə bilirlər.

Dolça

Gələcəkdə yaşayan dolçaların yuxuları da gələcəklə bağlı olur. Onlar yeni texnologiyaları, başqa planetlərə səyahət etdiklərini tez-tez yuxularında görürlər. Dolçalar röyalarında zaman maşınını kəşf edə, yaxud da yadplanetlilərlə söhbət edə bilərlər.

Balıq

Onların yuxu görümədikləri bir həyat təsəvvür edilə bilməz. Ən çox və ən real yuxuları məhz balıqlar görür. Bu bürcün nümayənələri yuxularını idarə etməyi də bacarırlar. Belə ki, balıqların yuxuları bölünsə belə, yenidən yatıb, hekayəni qaldığı yerdən və öz istədikləri kimi davam etdirə bilirlər.
Bolme: Maraqli / Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: